Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Azərbaycan Ordusunun əsgəri şəhid olub

Azərbaycan Ordusunun əsgəri şəhid olub

PKK raketlərlə hücum etdi - 2 əsgər şəhid oldu - FOTOLAR (24 Mart 2017 13:58)
Azərbaycan Ordusunun hərbçisi şəhid olub (11 Mart 2017 17:19)
“Qarabağ” “İnter” oyununda şəhidlər anılıb (28 Fevral 2017 18:27)

Tarix: 17 Dekabr 2015 10:48

Bakı. Trend:

Dekabrın 16-da axşam saatlarında Ermənistan silahlı qüvvələri bölmələrinin mövqelərimizə minaatanlardan atəş açması nəticəsində Silahlı Qüvvələrimizin hərbi qulluqçusu əsgər Cəfərzadə Rəşad Əlyar oğlu şəhid olub.

Müdafiə Nazirliyinin Mətbuat xidmətindəın Trend-ə verilən məlumata görə, Nazirliyin rəhbərliyi şəhidin yaxınlarına və əzizlərinə dərin hüznlə başsağlığı verir və səbr diləyir.

Eyni zamanda bildiririk ki, Ermənistan kütləvi informasiya vasitələrinin təxribat məqsədilə cəbhədə guya iki nəfər Azərbaycan snayperinin öldürülməsi barədə yaydığı məlumatların və videogörüntülərin də heç bir əsası yoxdur və həqiqətə uyğun deyil.

Cəbhə xəttində əməliyyat şəraiti Silahlı Qüvvələrimizin nəzarəti altındadır, düşmənin hərəkətlərinə qarşı bütün qabaqlayıcı tədbirlər həyata keçirilir.

Bizi Twitter-dən izləyin: @trend_az


Teqlər:  Azərbaycan Ordusunun əsgəri şəhid olub



RƏYLƏR


Top xəbərlər