Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Müdafiə Sənayesi Nazirliyinin kollektivi Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib

Müdafiə Sənayesi Nazirliyinin kollektivi Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib

Date: 17 December 2015 11:02

Bakı. 17 dekabr. REPORT.AZ/ Müdafiə Sənayesi Nazirliyinin kollektivi qurumun yaradılmasının on illik yubileyi münasibətilə dekabrın 17-də Fəxri xiyabana gələrək ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub.
"Report" xəbər verir ki, nazirliyin kollektivi görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad edib, məzarı üzərinə gül dəstələri düzüblər.
Sonra Müdafiə Sənayesi Nazirliyinin kollektivi Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarları üzərinə tər çiçəklər düzüb, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.

Tags:  Müdafiə Sənayesi Nazirliyinin kollektivi Fəxri Şəhidlər xiyabanlarını ziyarət edib

RƏYLƏR


Top news