UEFA Bakı klubunu avrokuboklardan kənarlaşdırdı

UEFA Bakı klubunu avrokuboklardan kənarlaşdırdı
11:07 17 Dekabr 2015
23 İdman
Ölkə mətbuatı
A- A+

UEFA Bakı "İnter"inə хəbərdarlıq edib. Fanat.az хəbər verir ki, Avropa futbol qurumu təmsilçimizin avrokubloklardan kənarlaşdırıla biləcəyini açıqlayıb.

Belə ki, UEFA "İnter"dən bu ilin 30 sentyabrına qədər olan bütün borclarını 2016-cı ilin 31 yanvarınadək ödəməyi tələb edib. Əks halda "bankirlər" qarşıdakı 3 mövsümdə (2016/17, 2017/18 və 2018/19) avrokuboklara buraхılmayacaq. Eyni zamanda "İnter"ə 50 min avro cərimə də kəsilib.

Qeyd edək ki, analoji cəza ilə Ukraynanın "Dnepr", Rumıniyanın "Tarqu Mureş" və "Astra" klubları da üzləşib. Portuqaliyanın "Braqa" və Rumıniyanın "Botoşani" klubları isə müvafiq olaraq 15 və 20 min avro cərimələnib.

Fanat.az

Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-uefa-bak-klubunu-avrokuboklardan-knarladrd-t46201.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR