Pentaqon rəhbəri xidmət fəaliyyəti üçün şəxsi elektron poçtundan istifadə edib

Pentaqon rəhbəri xidmət fəaliyyəti üçün şəxsi elektron poçtundan istifadə edib
11:07 17 Dekabr 2015
16 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 17 dekabr. REPORT.AZ/ ABŞ müdafiə naziri Eşton Karter təlimatlara zidd şəkildə müvəqqəti olaraq xidmət fəaliyyəti üçün şəxsi elektron poçtundan istifadə edib. "Report" xəbər verir ki, bu barədə "The New York Times" məlumat verib.
Nəşrin məlumatına əsasən, pentaqon rəhbəri ən azı iki ay şəxsi poçtundan istifadə edib.
Qayda pozuntusu barədə Ağ Ev xəbər tutduqdan sonra aparat rəhbəri Dennis Makdono Pentaqondan Karterin niyə şəxsi "e-mail"ini istifadə etməsiylə bağlı izahat tələb edib.
Xatırladaq ki, 2012-ci ildə Müdafiə Nazirliyi rütbəsi, vəzifəsi və mövqeyindən asılı olmayaraq, bütün əməkdaşlarına dövlət xidməti ehtiyaclarına görə şəxsi elektron poçtundan istifadəni qadağan edən qərar qəbul edib.

Xəbərin orijinal ünvanı: http://report.az/diger-olkeler/pentaqon-rehberi-xidmet-fealiyyeti-ucun-sexsi-elektron-poctundan-istifade-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR