Qənirə Paşayeva İncirliova bələdiyyə başqanı ilə görüşüb

Qənirə Paşayeva İncirliova bələdiyyə başqanı ilə görüşüb
11:09 17 Dekabr 2015
26 Sosial
Ölkə mətbuatı
A- A+

Türkiyənin  Aydın  bölgəsində Azərbaycan-Türkiyə  münasibətləri,  Dağlıq Qarabağ münaqişəsi ilə bağlı konfrans verməyə gedən millət vəkili Qənirə Paşayeva  İncirliova  bələdiyyə başqanı Kürşat Kale ilə görüşüb.  Lent.az-ın məlumatına görə, görüşdə qədim İncirliovanın da Azərbaycan bölgələrindən biri ilə qardaş olaraq görmək istədiklərini bildirən millət vəkili bələdiyyə başqanı ilə Dağlıq Qarabağ problemi, Xocalı Soyqırımı, qondarma erməni soyqırımı iddiaları ilə bağlı da fikir mübadiləsi aparıb, yaxın zamanlarda İncirliovanın mərkəzi küçələrdən birinə Laçın, mərkəzi parklardan birinə Qarabağ adının veriləcəyinə inandığını deyib.

 

Azərbaycana bir neçə dəfə səfər etdiyini və illər əvvəl bir neçə ay Azərbaycanda yaşadığı deyən Kürşat Kale İncirliova  bələdiyyəsinə rəhbərliyi dövründə Azərbaycanla bütün istiqamətlərdə əməkdaşlığın inkişafına xüsusi önəm və diqqət edəcəyini deyib.

 

O, Qənirə Paşayevanın İncirliovada Laçın küçəsi və  Qarabağ parkı təkliflərini müsbət qiymətləndirdiyini deyərək bu təkliflərə qısa zamanda mütləq baxılacağını və həllini tapacağını deyib.

 

Bələdiyyə başqanına müəllifi olduğu “Qənirə Paşayeva ilə addım-addım Türk dünyası” kitabı barədə danışan Q. Paşayeva kitabın növbəti hissələrində qədim İncirliovanın da yer alacağını bildirib. Millət vəkili İncirliova bələdiyyə başqanı  Kürşat Kale və xanımını Azərbaycanda yenidən görməkdən məmnun olacaqlarını bildirib.

 

Sonda millət vəkili Kürşat Kaleyə həmmüəllifi olduğu “Hocalı soykırımı tanıkların dilindən”, “Karabağ  hikayeleri” kitablarıını, Azərbaycan tarixi, mədəniyyəti, Qarabağ həqiqətlərini özündə əks etdirən kitablar, filmlər hədiyyə edib. O da millət vəkilinə qədim İncirliovanın  tarixi, mədəniyyəti ilə bağlı kitablar, materialları hədiyyə edib.

 

Görüşdə İzmirdə fəaliyyət göstərən Azərbaycan Qardaşlıq və İşbirliyi Dərnəyinin rəhbəri Asif Qurban, üzvləri Cavid Əliyev və  Nigar Selcan Yusuf da  iştirak edib və  bir sıra fikir və təkliflər ətrafında geniş fikir mübadiləsi aparılıb. 

 

 




Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/225512

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR