Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Aktrisa xərçəng xəstəliyindən əməliyyat olundu - fotolar

Aktrisa xərçəng xəstəliyindən əməliyyat olundu - fotolar

Date: 17 December 2015 11:21

"Yeşilçam" dövrünün aktrisası Bahar Öztan həyatının ən ağır günlərini yaşayır.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, 53 yaşlı aktrisa üç ay əvvəl qarın nahiyəsindəki şişə görə xəstəxanaya gedib. Yumurtalığında xərçəng xəstəliyi olduğunu öyrənən aktrisa dərhal əməliyyat olunub.

Doqquz gün reanimasiyada qalan B.Öztan dünən oğluyla paparassilərin hədəfinə düşüb. Pis günləri geridə qoyan aktrisa hazırkı vəziyyətindən danışıb:

"21 gündən bir kimyaterapeya müalicəsi alıram. Heç bir zaman "niyə məhz mən" deyə soruşmadım. Qısa müddətdə çox arıqladım. Yaxşı ki, vaxtında müayinə olundum".




Tags:  Aktrisa xərçəng xəstəliyindən əməliyyat olundu fotolar

RƏYLƏR


Top news