Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Azərbaycan Respublikasının 2016-cı il üçün Dövlət Mükafatlarına əsərlərin qəbulu elan edilib

Azərbaycan Respublikasının 2016-cı il üçün Dövlət Mükafatlarına əsərlərin qəbulu elan edilib

Date: 17 December 2015 11:23


Bakı, 17 dekabr, AZƏRTAC
Azərbaycan Respublikasının Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyası 2016-cı il üçün Dövlət Mükafatlarına əsərlərin (işlərin) qəbulunu elan edir.
Komissiyadan AZƏRTAC-a bildiriblər ki, müvafiq sənəd və materiallar Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 8 fevral tarixli Fərmanı ilə təsdiq edilmiş Dövlət Mükafatları Komissiyasının Əsasnaməsində göstərilən qaydalara uyğun hazırlanmalı və 2016-cı il aprelin 1-dək Komissiyaya təqdim edilməlidir.
Komissiyanın ünvanı belədir: AZ 1066, Bakı şəhəri, Lermontov küçəsi, 68, Azərbaycan Respublikasının Nazirlər Kabineti. Əlaqə telefonu: 492-56-01. E-mail: nk@cabmin.gov.az.

Tags:  Azərbaycan Respublikasının 2016-cı il üçün Dövlət Mükafatlarına əsərlərin qəbulu elan edilib


RƏYLƏR


Top news