Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Bakıda Azərbaycan Beynəlxalq Daşınmaz Əmlak və İnvestisiya sərgisi açılıb

Date: 17 December 2015 11:38


Bakı, 17 dekabr, AZƏRTAC
"ELANEXPO" beynəlxalq sərgi şirkətinin təşkilatçılığı ilə dekabrın 17-də Bakı Ekspo Mərkəzində Azərbaycan Beynəlxalq Daşınmaz Əmlak və İnvestisiya sərgisi ("Azerbaijan International Real Estate & Investment Exhibition" (RECEXPO)) açılıb.
AZƏRTAC xəbər verir ki, sərgidə Azərbaycan ilə yanaşı, Türkiyə, Gürcüstan, Rusiya, İtaliya, Birləşmiş Ərəb Əmirlikləri, Şimali Kipr Türk Respublikası və Cənubi Afrika Respublikasından 100-dən çox şirkət iştirak edir.
"Əmlak Bazarı İştirakçıları" İctimai Birliyinin icraçı direktoru Elnur Əsədov çıxışında qeyd edib ki, bu, Azərbaycanda daşınmaz əmlak bazarı sektorunda açılan ilk sərgidir. Bugünkü sərgidə daşınmaz əmlak bazarına investisiya qoymaq istəyən iş adamları, sərmayədarlar bir araya gələcəklər. Azərbaycan ölkə olaraq daşınmaz əmlak və investisiya yatırmaq istəyən şirkətlər üçün olduqca əhəmiyyətlidir.

Tags:  Bakıda Azərbaycan Beynəlxalq Daşınmaz Əmlak və İnvestisiya sərgisi açılıb


RƏYLƏR


Top news