Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Rəşad Məmmədovun apellyasiya şikayətinə baxılacaq

Rəşad Məmmədovun apellyasiya şikayətinə baxılacaq

Date: 17 December 2015 11:42

Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin həbsdə olan sabiq rəisi Rəşad Məmmədovun Səbail Rayon Məhkəməsi tərəfindən barəsində seçilmiş həbs - qəti imkan tədbirinin daha 3 ay müddətinə uzadılmasından verdiyi apellyasiya şikayətinə sabah baxılacaq.

Bu barədə Trend-ə R.Məmmədovun vəkili Akif Əlizadə məlumat verib.

Vəkil bildirib ki, şikayətə dekabrın 18-də Bakı Apellyasiya Məhkəməsində hakim İlqar Murquzovun sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, R.Məmmədov bu il may ayının 12-də saxlanılıb və onun barəsində Səbail Rayon Məhkəməsinin qərarı ilə 3 ay müddətinə həbs - qəti imkan tədbiri seçilib. Sonradan onun barəsində seçilmiş həbs - qəti imkan tədbirinin müddəti daha 3 ay müddətinə uzadılıb. Ona Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi il cinayət işi açılıb.

R.Məmmədov hazırda Milli Təhlükəsizlik Nazirliyinin istintaq təcridxanasında saxlanılır.

Milli.Az


Tags:  Rəşad Məmmədovun apellyasiya şikayətinə baxılacaq


RƏYLƏR


Top news