"Günəşli"nin platforma rəisi: "Psixi sarsıntılarım var"

"Günəşli"nin platforma rəisi: "Psixi sarsıntılarım var"
11:47 17 Dekabr 2015
36 Digər
Ölkə mətbuatı
A- A+

Müalicə olunduğu Mərkəzi Neftçilər Xəstəxanasından dekabrın 16-da evə buraxılan "Günəşli" neft yatağının 10-cu platformasının rəisi Allahverdi Məmmədov həkimlərin müşayiəti ilə Siyəzən rayonundakı evinə aparılıb.

Bu barədə Trend-ə A.Məmmədov özü məlumat verib. Onun sözlərinə görə, dünən səhhəti yoxlanıldıqdan sonra ev şəraitində müalicəsinə icazə verilib:

"Dünən axşam həkim və psixoloqun müşayiəti ilə evə gəldim. Özümü normal hiss edirəm. Bir az yüngül ağrılarım və psixi sarsıntılarm var. Ümumilikdə səhhətimdə yaxşılığa doğru çox irəliləyiş hiss edirəm".

A.Məmmədov bildirib ki, dünən onunla evə gələn həkim və psixoloq ambulator müalicəsi üçün yenidən dərmanlar yazıblar. Platforma rəisi hazırda müalicəsini davam etdirir. O deyib ki, hazırda tam sərbəst, normal hərəkət edir, ayaq üstə gəzməyində problem yoxdur.

Xatırladaq ki, bu il dekabrın 4-də "Günəşli" Neft Yatağının 10-cu özülündə baş vermiş yanğın nəticəsində platformanın 63 nəfər işçisindən 29 nəfər xilas edilmiş, 29 nəfər itkin düşmüş, 5 nəfər isə həlak olmuşdu. Hadisədən sonra aparılan axtarışlar nəticəsində daha 6 nəfərin meyidi dənizdən tapılıb. Hadisə nəticəsində 22 nəfər Mərkəzi Neftçilər Xəstəxanasına, bir nəfər isə Respublika Yanıq Mərkəzinə müraciət etmişdi. Yanğın zamanı ən ağır xəsarət alan platforma rəisi Allahverdi Məmmədov isə əməliyyat olunmuşdu.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/390946.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR