Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Albalı Plus-dan Yeni il hədiyyəsi

Albalı Plus-dan Yeni il hədiyyəsi

Date: 17 December 2015 11:48

Bakı. Trend:

Yeni il öncəsi bütün alış-veriş mərkəzlərində edilən endirimlərdən faydalanmaq və yeni ili daha xoş qarşılamaq üçün nə lazımdır? Təbii ki, Albalı Plus kartı. 1300-dən artıq ticarət və xidmət mərkəzində istifadə edə biləcəyiniz bir kartınız varsa, üstəlik də kartınız sizə bayram hədiyyəsi olaraq 1 ay daha uzun müddətə ödəmək imkanı yaradırsa, arzularınızı reallaşdırmağa nə mane ola bilər ki?!

Yanvarın 5-dək Albalı Plus kartı ilə 3 ay və daha yuxarı alış-verişlərə "Unibank"dan da 1 ay hədiyyə olunur.

Albalı Plus-un Yeni il hədiyyələri bununla bitmir. Yaxın günlərdə kart sahiblərini daha bir neçə Yeni il sürprizi gözləyir.

"Unibank" dəyərli müştərilərinin ehtiyac və arzularını bir məhsulda – sərfəli ALBALI PLUS kartında birləşdirərək, cəmi 1 karta sahib olmaqla, müxtəlif bank xidmətlərindən istifadə etmək imkanı təqdim edir. ALBALI PLUS beynəlxalq kart olmaqla yanaşı, dörd bank məhsulunu: güzəşt müddətli kredit xətti, hissə-hissə ödəmə imkanı olan kredit kartı, depozit və debet kartını özündə birləşdirir

Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, Bankın saytından (www.unibank.az ) və yaxud facebook və twitter səhifələrindən (www.facebook.com/unibank.az , https://www.facebook.com/albaliplus/?fref=ts,https://twitter.com/unibank) əldə etmək olar.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

Bizi Twitter-dən izləyin: @trend_az


Tags:  Albalı Plus-dan Yeni il hədiyyəsi

RƏYLƏR


Top news