Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

“Statoil” gələn il 1500 nəfəri ixtisar edəcək

“Statoil” gələn il 1500 nəfəri ixtisar edəcək

Date: 17 December 2015 11:48


Bakı, 17 dekabr, Nihad Budaqov, AZƏRTAC
Dünya birjalarında neftin qiymətinin ucuzlaşması ilə əlaqədar Norveçin dövlət enerji şirkəti “Statoil” 2016-cı ilin əvvəlində 1500 nəfəri ixtisar edəcək.
AZƏRTAC xəbər verir ki, bu barədə “Statoil”un yaydığı məlumatda deyilir. Belə ki, şirkət gələn ilin yanvarında 1500 nəfəri ixtisar edəcək, onlar arasında uzun müddət şirkətdə çalışanlara 24 ay ərzində tam maaş veriləcək.
Dünyanın 38 ölkəsində fəaliyyət göstərən “Statoil”da ümumilikdə 22 min nəfər işləyir. Şirkət təkcə bu il 1900 nəfəri ixtisar edib. Həmçinin, “Statoil” neftin qiymətinin ucuzlaşması ilə əlaqədar dənizdəki qazma platformalarının fəaliyyətini də dayandırıb.
Qeyd edək ki, “Statoil” “Trans-Adriatik” (TAP) boru kəməri layihəsində 20 faiz, “BTC Ko.”da 8,71 faiz, “Azəri-Çıraq-Günəşli” (AÇG) layihəsində isə 8,6 faizlik səhmə sahibdir.
Əsası 1972-ci ildə qoyulan “Statoil” Norveçin ən böyük şirkəti, Skandinaviyanın isə ən böyük neft şirkətidir. Səhmlərinin 64 faizi dövlətin nəzarətində olan şirkətin mərkəzi ofisi Norveçin Stavanger şəhərində yerləşir. “Statoil” dünyada xam neftin və Avropada isə qazın əsas ixracatçılarından biridir.
 

Tags:  Statoil gələn il 1500 nəfəri ixtisar edəcək


RƏYLƏR


Top news