Leyla Seyidbəyli: "Xəstələrin vəziyyəti tam stabildir"

Leyla Seyidbəyli: "Xəstələrin vəziyyəti tam stabildir"
11:48 17 Dekabr 2015
30 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı. Samir Məmmədov - Trend:

Dekabrın 4-də "Günəşli" Neft Yatağının 10-cu özülündə baş vermiş yanğın nəticəsində xəsarət alaraq Mərkəzi Neftçilər Xəstəxanasında stasionar müalicəyə qəbul olunmuş xəstələrin vəziyyəti tam stabildir. Bu barədə Trend-ə Mərkəzi Neftçilər Xəstəxanasının baş direktoru Leyla Seyidbəyli məlumat verib.

Baş direktor bildirib ki, hazırda xəstələrin heç bir həyati təhlükəsi yoxdur, müalicələrini davam etdirirlər: "Daxil olan xəstələr gündəlik nəzarətdə saxlanılır. Hamısının vəziyyəti tam normaldır. Xəstələr psixoloq və həkimlərin nəzarətindədir. Psixoloqlar gündəlik həmin xəstələrlə görüşür, vəziyyətlərini qiymətləndirir. Vəziyyəti tam normal olan xəstələr öz razılıqları əsasında ambulator müalicəyə buraxılırlar. Hazırda xəstəxanada 15 xəstənin müalicəsi davam etdirilir".

Xatırladaq ki, bu il dekabrın 4-də "Günəşli" Neft Yatağının 10-cu özülündə baş vermiş yanğın nəticəsində platformanın 63 nəfər işçisindən 29 nəfər xilas edilmiş, 29 nəfər itkin düşmüş, 5 nəfər isə həlak olmuşdu. Hadisədən sonra aparılan axtarışlar nəticəsində daha 6 nəfərin meyiti dənizdən tapılıb. Hadisə nəticəsində 22 nəfər Mərkəzi Neftçilər Xəstəxanasına, bir nəfər isə Respublika Yanıq Mərkəzinə müraciət etmişdi.

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2470631.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR