Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Lənkəran teatrında “İlan Sultan”ın premyerası olub

Lənkəran teatrında “İlan Sultan”ın premyerası olub

Təyyarədə ilan şoku (24 Mart 2017 19:17)
O, ilan və əqrəb yeyərək sağaldı (01 Mart 2017 10:50)
Səidə Sultanın Bolu gəzintisi - FOTO (21 Fevral 2017 09:57)

Tarix: 17 Dekabr 2015 11:53


Bakı, 17 dekabr, AZƏRTAC
Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrında iranlı yazıçı Bəhram Beyzayinin “İlan Sultan” əsəri əsasında hazırlanmış eyniadlı tamaşanın premyerası olub.
Teatrın direktoru Tofiq Heydərov AZƏRTAC-a bildirib ki, iki gəncin saf məhəbbətindən, keşməkeşli həyat hadisələrdən bəhs edən səhnə əsəri iranlı rejissor Xeyrullah Təğiyanipurun quruluşunda təqdim olunub. Tamaşanın baş məsləhətçisi Atabəy Naderi, quruluşçu rəssamı Tərlan Sadıqov, musiqi tərtibatçısı İlqar Əliyevdir.
Səhnə əsərində əsas rolları Əməkdar Artist Sucəddin Mirzəyev, aktyorlar Sayad Əliyev, Aynur Əhmədova, Qızılgül Quliyeva, Əlibala Əsgərov, Emil Rzayev və digərləri ifa ediblər.
 

Teqlər:  Lənkəran teatrında İlan Sultanın premyerası olub



RƏYLƏR


Top xəbərlər