Bu komanda Avrokubok oyunlarından uzaqlaşdırıla bilər (VİDEO)

Bu komanda Avrokubok oyunlarından uzaqlaşdırıla bilər (VİDEO)
11:56 17 Dekabr 2015
23 İdman
Ölkə mətbuatı
A- A+

Ukraynanın “Dnepr” klubu Avrokubok oyunlarından 3 mövsum kənarlaşdırıla bilər.

ANS PRESS-in məlumatına görə, bu “Dnepr” klubunun 2016-cı ilin 31 yanvarına kimi borclarını ödəyə bilməyəcəyi təqdirdə baş verə bilər. Bu barədə UEFA-nın rəsmi saytı xəbər verib.

Qərar klubların maliyyə nəzarəti üzrə UEFA İnstansiyası Arbitraj palatası tərəfindən qəbul olunub.

Avropa liqasında "Dnepr" klubu bu mövsum G qrupunda çıxış edib. Komanda 7 xal toplayaraq qrup üçüncüsü kimi turnirdə mübarizəni dayandırıb.


"Dnepr"in çıxış etdiyi qrup.


Avropa liqasında ötən mövsum “Qarabağ”la eyni qrupda mübarizə aparmış “Dnepr” turnirin finalçısı olub. Komanda İspaniyanım “Sevilya” klubuna 3:2 hesabı ilə məğlub olub.


"Dnepr" - "Sevilya" 2-3

3 il bundan əvvəl Hollandiyanın “Tvente" klubu Avrokubok yarışmalarından kənarlaşdırıb.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=4&nid=367471

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR