Ünvanlı sosial yardımların təyinatı üzrə avtomatlaşdırılmış sistem gələn ildən istismara veriləcək

Ünvanlı sosial yardımların təyinatı üzrə avtomatlaşdırılmış sistem gələn ildən istismara veriləcək
11:58 17 Dekabr 2015
27 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 17 dekabr, AZƏRTAC
“Elektron hökumət" portalı vasitəsilə həyata keçiriləcək ünvanlı sosial yardımların təyinatı üzrə avtomatlaşdırılmış sistem gələn ildən istismara veriləcək. Bu məqsədlə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN), “Elektron hökumət" portalı və mobil operatorlar tərəfindən müvafiq servislər hazırlanır.
Portalın operatoru olan Məlumat Hesablama Mərkəzindən AZƏRTAC-a verilən məlumata görə, ünvanlı dövlət sosial yardımın təyinatı prosesinin VEMTAS (Vahid Elektron Müraciət və Təyinat Alt Sistemi) üzərindən təşkili 20-dən artıq dövlət və özəl qurumun birgə fəaliyyəti əsasında reallaşdırılır.
Ünvanlı dövlət sosial yardımı almaq üçün müraciət edən şəxsin fərdi idenfikasiya kodu (FİN) və notarial qaydada təsdiq edilmiş ərizə nömrəsi ƏƏSMN tərəfindən "Elektron hökumət” portalına ötürüləcək. Portal tərəfindən həmin şəxsin ailə üzvlərinin FİN-ləri və hər birinin adına olan mobil telefon nömrələri müəyyən edilərək servis vasitəsilə aidiyyatı mobil operatorlara ötürüləcək. Mobil operatorlar məlumatları yoxladıqdan sonra hər bir mobil nömrə üzrə son 1 ildə aparılmış ödənişlər barədə məlumatlar müvafiq servislər vasitəsilə portal üzərindən ƏƏSMN-ə qaytarılacaq. Bütün proseslər onlayn rejimdə avtomatik olaraq həyata keçiriləcək. Əldə olunan məlumatlar ümumiləşdirildikdən sonra müraciət edən ailəyə yardımla bağlı qərar qəbul olunacaq. Vətəndaşa və ailəsinə bu barədə elektron qaydada məlumat veriləcək.
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 2015-ci 23 fevral tarixli Fərmanı əsasında ünvanlı dövlət sosial yardımı mexanizminin təkmilləşdirilməsinə başlanılıb. Vətəndaşların sosial təminat sahəsində sürətli, rahat və şəffaf xidmətlərə geniş çıxışını təmin edəcək bu proses aztəminatlı ailələrin sosial müdafiəsinin gücləndirilməsi üçün nəzərdə tutulub.
 

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Unvanli_sosial_yardimlarin_teyinati_uzre_avtomatlasdirilmis_sistem_gelen_ilden_istismara_verilecek-911971

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR