Bakı-Ərzurum kəməri ilə bu il 6 mlrd. kubmetr qaz nəql olunub

12:02 17 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Qazın nəqlinin 31,3%-i Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata keçirilib və 6 mlrd. kubmetr qaz ötürülüb.
Qeyd edək ki, Cənubi Qafqaz boru kəməri (Bakı-Tbilisi-Ərzurum) Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Şahdəniz" qaz yatağından hasil edilən qazı Gürcüstana və Türkiyəyə nəql etmək üçün inşa edilmiş kəmərdir.
Boru kəməri Bakı yaxınlığındakı Səngəçal terminalından başlayır. Bu boru kəməri Türkiyə sərhəddinədək Azərbaycanda və Gürcüstanda Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəməri ilə eyni marşrutdadır və Türkiyədə bu ölkənin qazpaylama sisteminə birləşdirilib.
Boru kəmərinin ümumi uzunluğu 691 km-dir. Bunun 443 km-i Azərbaycan, 248 km-i Gürcüstandadır. Kəmərin diametri isə 42 düymdür. Kəmərin son çatdırılma nöqtəsi Gürcüstan-Türkiyə sərhədində yerləşir. Türkiyə ərazisində (Ərzurumadək) isə qaz kəmərinin uzunluğu 280 km təşkil edir. Kəmərin Gürcüstan-Türkiyə sərhədindən Ərzuruma qədər olan hissəsi BOTAŞ şirkətinin qaz kəmər sisteminin bir hissəsi hesab edilir.
Bu boru kəməri 2006-cı ilin sonunda istismara verilərək əvvəl Azərbaycana və Gürcüstana, 2007-ci ilin iyul ayından başlayaraq isə həm də Türkiyəyə "Şahdəniz-1" qazını çatdırır.

Xəbərin orijinal ünvanı: http://report.az/energetika/baki-tbilisi-erzurum-kemeri-ile-6-mlrd-kubmetr-qaz-neql-olunub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR