Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Levandovski bu təklifi qəbul etsə...

Levandovski bu təklifi qəbul etsə...

Date: 17 December 2015 12:05

"Bavariya"nın polşalı hücumçusu Robert Levandovski karyerasını İngiltərədə davam etdirə bilər. 

Milli.Az apasport.az-a istinadən xəbər verir ki,  27 yaşlı futbolçu ilə "Mançester Yunayted" yaxından maraqlanır.
 
"Mankunianlar" Levandovskini nəyin bahasına olursa-olsun, heyətlərinə qatmaq niyyətindədilər. Premyer Liqa təmsilçisi təcrübəli futbolçuya ildə 15 milyon avro məvacib verməyə hazırdır. Bununla belə, Levandovskini transfer etmək üçün ingilislər rəqabətdən qalib ayrılmalıdılar. Çünki onunla Madrid "Real"ı və PSJ də danışıq aparırlar.

Qeyd edək ki, Levandovski "Bavariya"ya 2014-cü ildə Dortmund "Borussiya"sından transfer olunub. O, münhenlilərin heyətində bu vaxta qədər 74 oyunda 48 qola imza atıb.

Milli.Az


Tags:  Levandovski bu təklifi qəbul etsə

RƏYLƏR


Top news