Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

"İnter"dən açıqlama: "Məsələ həll olunacaq"

"İnter"dən açıqlama: "Məsələ həll olunacaq"

Tarix: 17 Dekabr 2015 12:12

UEFA klubdan ayrılan futbolçularına borcları ödəmək üçün 2016-cı ilin yanvarın 31-nə qədər vaxt verib. Əks təqdirdə klubu 3 illik avrokuboklardan kənarlaşdırılma cəzası gözləyir.  

Milli.Az goal.az-a istinadən xəbər verir ki, "İnter"in mətbuat xidmətinin rəhbəri Səbuhi Məmmədov açıqlamasında məsələ ilə bağlı bunları deyib: "Bu məsələ rəhbərliyin nəzarəti altındadır. Yanvar ayına qədər həll olunacağı bildirilir".
Xatırladaq ki, "İnter" borclarla yanaşı, 50 min avro cərimə ödəməlidir, eyni zamanda məsələnin araşdırlmasına sərf olunan 3 min avro da klub tərəfindən ödəniləcək. Qeyd olunmuş cərimə və xərclər qərar kluba göndərildikdən sonra 30 gün ərzində ödənməlidir.

Milli.Az


Teqlər:  İnterdən açıqlama Məsələ həll olunacaq



RƏYLƏR


Top xəbərlər