Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Təhlükə yaratdığı üçün daha iki ərazidə parklanma yeri ləğv edilib

Azərbaycanda avtomobillərin PARKLANMASI QAYDALARI DƏYİŞİR (25 Fevral 2017 21:03)
Azərbaycanda avtomobillərin parklanması qaydaları dəyişir (25 Fevral 2017 20:37)

Tarix: 17 Dekabr 2015 12:13

Bakı. Trend:

Həm əhaliyə, həm də şəhərin yol-nəqliyyat infrastruktuna təhlükə yaratdığı üçün Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC tərəfindən daha iki ərazidə parklanma yerləri ləğv edilib.

Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin Mətbuat Katibliyindən Trend-ə verilən məlumata görə, bu ərazi Əhməd Rəcəbli küçəsi ilə Ziya Bünyadov prospektinin kəsişməsində yerləşən yol ötürücüsünün alt hissəsi və Heydər Əliyev prospekti ilə Müzəffər Nərimanov küçəsinin kəsişməsində ( “Şəfa” stadionu ) yerləşən avtomobil tunelinin üzəridir.

Artıq sözügedən ərazidən park edilmiş nəqliyyat vasitələri tam olaraq çıxarılıb. Həmin ərazilərə nəqliyyat vasitələrinin daxil olmasının qarşısı almaq məqsədi ilə beton maneələr qoyulub.

Qeyd edək ki, Yol hərəkəti haqqında Azərbaycan Respublikasının Qanunun 52-ci maddəsinə əsasən, dəmiryol keçidlərində, tunellərdə, habelə estakadalarda, körpülərdə (əgər həmin istiqamətdə üçdən az hərəkət zolağı varsa) və onların altında dayanma və durma qadağandır.

Bizi Twitter-dən izləyin: @trend_az


Teqlər:  Təhlükə yaratdığı iki ərazidə parklanma yeri ləğv edilib



RƏYLƏR


Top xəbərlər