Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Hazırda Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində 450-dən çox mülki təyinatlı məhsul istehsal olunur

Hazırda Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində 450-dən çox mülki təyinatlı məhsul istehsal olunur

Date: 17 December 2015 12:13


Bakı, 17 dekabr, AZƏRTAC 
Müdafiə Sənayesi Nazirliyi (MSN) yarandığı 10 il ərzində Prezident İlham Əliyevin rəhbərliyi ilə sürətli inkişaf yolu keçib. Hazırda nazirliyin tərkibində 28 istehsal müəssisəsi fəaliyyət göstərir. Bu müəssisələrdə 50-dən çox istehsal sahəsi yaradılıb. Həmin sahələr aparıcı ölkələrin avadanlığı və texnikaları ilə təchiz olunub və orada müdafiə təyinatlı məhsullar istehsal edilir.
AZƏRTAC xəbər verir ki, bu fikirləri müdafiə sənayesi naziri Yavər Camalov dekabrın 17-də jurnalistlərə müsahibəsində deyib.
“Hazırda nazirliyin həmin müəssisələrində 1000 addan çox müdafiə təyinatlı məmulatın və onların ehtiyat hissələrinin istehsalı mənimsənilib. Eləcə də həmin avadanlığın potensialından istifadə etməklə mülki təyinatlı məhsulların da istehsalı istiqamətində çox mühüm işlər görülür. Hazırda Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində 450-dən çox mülki təyinatlı məhsul istehsal olunur və sifarişçilərə təqdim edilir”, - deyə Y.Camalov bildirib.

Tags:  Hazırda Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində 450-dən çox mülki təyinatlı məhsul istehsal olunur


RƏYLƏR


Top news