Bakıda daha iki ərazidə parklanma yeri ləğv edilib

Bakıda daha iki ərazidə parklanma yeri ləğv edilib
12:13 17 Dekabr 2015
11 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 17 dekabr, AZƏRTAC 
Həm əhaliyə, həm də şəhərin yol-nəqliyyat infrastrukturuna təhlükə yaratdığı üçün “Azəryolservis” ASC tərəfindən Bakıda daha iki ərazidə parklanma yerləri ləğv edilib.
“Azəryolservis” ASC-dən AZƏRTAC-a bildirilib ki, bu Əhməd Rəcəbli küçəsi ilə Ziya Bünyadov prospektinin kəsişməsində yerləşən yol ötürücüsünün alt hissəsi və Heydər Əliyev prospekti ilə Müzəffər Nərimanov küçəsinin kəsişməsində ( “Şəfa” stadionu ) yerləşən avtomobil tunelinin üzəridir.
Artıq sözügedən ərazidən park edilmiş nəqliyyat vasitələri tam olaraq çıxarılıb. Həmin ərazilərə nəqliyyat vasitələrinin daxil olmasının qarşısını almaq məqsədi ilə beton maneələr qoyulub.
Qeyd edək ki, Yol hərəkəti haqqında Azərbaycan Respublikasının Qanunun 52-ci maddəsinə əsasən, dəmiryol keçidlərində, tunellərdə, habelə estakadalarda, körpülərdə (əgər həmin istiqamətdə üçdən az hərəkət zolağı varsa) və onların altında dayanma və durma qadağandır.




Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Bakida_daha_iki_erazide_parklanma_yeri_legv_edilib-911979

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR