Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Rusiyada polis azərbaycanlı qadına və övladlarına zorakılıq edib

Rusiyada polis azərbaycanlı qadına və övladlarına zorakılıq edib

Date: 17 December 2015 12:19

Baş Prokurorluq məlumat yayıb

Rusiyanın Sankt-Peterburq şəhərində azərbaycanlı iş adamı İradə Rəcəbəliyevaya və onun ailə üzvlərinə qarşı qanunazidd hərəkətlərə yol vermiş polis əməkdaşları barəsində cinayət işi başlanıb.
 
Baş Prokurorluqdn Lent.az-a verilən məlumata görə, Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən 2015-ci ilin iyulunda Sankt-Peterburq şəhərində sahibkarlıq fəaliyyəti ilə məşğul olan İradə Rəcəbəliyevaya və onun yetkinlik yaşına çatmayan övladlarına qarşı zorakılıq hərəkətlərinə yol vermiş polis əməkdaşları barəsində qanunamüvafiq tədbirlər görülməsi ilə əlaqədar Rusiya Federasiyasının Baş Prokurorluğuna müraciət edilib.
 
 
Müraciət əsasında Rusiya Federasiyasının İstintaq Komitəsi müvafiq araşdırmalar aparmaqla həmin ölkənin Cinayət Məcəlləsinin 286-cı (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə cinayət işi başlayıb.
 
 
Cinayət işinin istintaqı Rusiya Baş Prokurorluğunun nəzarətinə götürülməklə polis əməkdaşalrı tərəfindən İ.Rəcəbəliyevaya qarşı yol verilmiş qanunazidd hərəkətlərin araşdırılması istiqamətində müvafiq istintaq tədbirləri davam etdirilir.
 

Tags:  Rusiyada polis azərbaycanlı qadına övladlarına zorakılıq edib

RƏYLƏR


Top news