Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

2016-cı il üçün Dövlət Mükafatlarına əsərlərin qəbulu elan edilib

2016-cı il üçün Dövlət Mükafatlarına əsərlərin qəbulu elan edilib

Date: 17 December 2015 12:23

Bakı. Trend:

Azərbaycan Respublikasının Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyası 2016-cı il üçün Dövlət Mükafatlarına əsərlərin (işlərin) qəbulunu elan edir.

Komissiyadan Trend-ə verilən məlumata görə, müvafiq sənəd və materiallar Azərbaycan Prezidentinin 2010-cu il 8 fevral tarixli Fərmanı ilə təsdiq edilmiş Dövlət Mükafatları Komissiyasının Əsasnaməsində göstərilən qaydalara uyğun hazırlanmalı və 2016-cı il aprelin 1-dək Komissiyaya təqdim edilməlidir.

Komissiyanın ünvanı belədir: AZ 1066, Bakı şəhəri, Lermontov küçəsi, 68, Azərbaycan Respublikasının Nazirlər Kabineti. Əlaqə telefonu: 492-56-01. E-mail: nk@cabmin.gov.az.

Bizi Twitter-dən izləyin: @trend_az


Tags:  2016-cı il Dövlət Mükafatlarına əsərlərin qəbulu elan edilib

RƏYLƏR


Top news