Rusiyada azərbaycanlı biznes-ledi və ailəsinə qarşı zorakılığa görə cinayət işi açılıb

Rusiyada azərbaycanlı biznes-ledi və ailəsinə qarşı zorakılığa görə cinayət işi açılıb
12:27 17 Dekabr 2015
15 Digər
Ölkə mətbuatı
A- A+

Sankt-Peterburqda azərbaycanlı sahibkar xanım İ.Rəcəbəliyevaya və onun ailə üzvlərinə qarşı qanunazidd hərəkətlərə yol vermiş polis əməkdaşları barəsində cinayət işi başlanıb.

Baş Prokurorluğun mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən 2015-ci ilin iyulunda Sankt-Peterburq şəhərində sahibkarlıq fəaliyyəti ilə məşğul olan İradə Rəcəbəliyevaya və onun yetkinlik yaşına çatmayan övladlarına qarşı zorakılıq hərəkətlərinə yol vermiş polis əməkdaşları barəsində qanunamüvafiq tədbirlər görülməsi ilə əlaqədar Rusiya Federasiyasının Baş Prokurorluğuna müraciət edilib.

Müraciət əsasında Rusiya Federasiyasının İstintaq Komitəsi müvafiq araşdırmalar aparmaqla həmin ölkənin Cinayət Məcəlləsinin 286-cı (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə cinayət işi başlayıb.

Cinayət işinin istintaqı Rusiya Baş Prokurorluğunun nəzarətinə götürülməklə polis əməkdaşları tərəfindən İ.Rəcəbəliyevaya qarşı yol verilmiş qanunazidd hərəkətlərin araşdırılması istiqamətində müvafiq istintaq tədbirləri davam etdirilir.

Pünhan Mirzə
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/criminal/390956.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR