Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Sabah Cahangir Hacıyevin apelyasiya şikayətinə baxılacaq

Sabah Cahangir Hacıyevin apelyasiya şikayətinə baxılacaq

Date: 17 December 2015 12:33

Bakı. Samir Məmmədov - Trend:

Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin həbsdə olan sabiq sədri Cahangir Hacıyevin barəsində "ev dustaqlığı" edilməsi barədə müraciətinin rədd edilməsi haqqında Nərimanov rayon Məhkəməsinin qərarından verdiyi apelyasiya şikayətinə baxılacağı vaxt müəyyən edilib.

Bu barədə Trend-ə Cahangir Hacıyevin vəkili Aqil Layicov məlumat verib.

Vəkil bildirib ki, apelyasiya şikayətinə dekabrın 18-də Bakı Apelyasiya Məhkəməsində hakim Camal Ramazanovun sədrliyi ilə baxılacaq.

Xatırladaq ki, C.Hacıyev Cinayət Məcəlləsinin 179.3.2 (külli-miqdarda mənimsəmə), 308.2-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə; ağır nəticələrə səbəb olduqda), 178-ci (dələduzluq), 178.3.2 (külli miqdarda ziyan vurmaqla törədildikdə), 179 (Mənimsəmə və ya israf etmə),179.2.3. (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə), 179.3.2 (külli-miqdarda mənimsəmə), 308.2-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə; ağır nəticələrə səbəb olduqda), 309 (Vəzifə səlahiyyətlərini aşma), 312. (Rüşvət vermə (aktiv rüşvətxorluq)) maddələri ilə ittiham olunaraq barəsində Nərimanov rayon məhkəməsinin qərarı ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Bizi Twitter-dən izləyin: @trend_az


Tags:  Sabah Cahangir Hacıyevin apelyasiya şikayətinə baxılacaq

RƏYLƏR


Top news