Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Aygün Kazımovanın Azərbaycandan çıxışına qadağa qoyuldu

Aygün Kazımovanın Azərbaycandan çıxışına qadağa qoyuldu

Aygün Kazımova dünyaca məşhur mükafata namizəd oldu (27 Mart 2017 02:00)
Aygün Kazımova yenə dünyaca məşhur mükafata namizəd oldu - FOTO (26 Mart 2017 23:57)
Rusiyaya Azərbaycandan tomat keçirilməsi QADAĞAN EDİLDİ (20 Mart 2017 11:53)

Tarix: 17 Dekabr 2015 12:39

Onun ölkədən çıxışı rəsmən qadağan edilib

 

 

 

Xalq artisti Aygün Kazımovanın ölkədən çıxışına qadağa qoyulub.

 

Bu barədə APA-ya açıqlamasında müğənni Natəvan Həbibinin vəkili Fərid Həsənov deyib.

 

Vəkil bildirib ki, bir müddət əvvəl Bakı Apellyasiya Məhkəməsində xalq artisti Aygün Kazımovanın apellyasiya şikayətinə baxılıb. Məhkəmənin qərarı ilə A. Kazımovanın şikayəti təmin edilməyib. Həmin qərardan isə A. Kazımova kassasiya şikayəti verməyib: “Artıq iş üzrə məhkəmə prosesləri başa çatdığı üçün Aygün Kazımovanın ölkədən çıxışı rəsmən qadağan edilib. Dövlət Sərhəd Xidməti tərəfindən onun ölkədən çıxışına qadağa qoyulub”.

 

Vəkil bildirib ki, A. Kazımova məhkəmə qətnaməsini icra etdikdən sonra qadağa götürülə bilər.

 

Aygün Kazımova isə məsələ ilə danışmaq istəmədiyini bildirib.

 

Qeyd edək ki, müğənni Natəvan Həbibi A. Kazımovaya qarşı iddia ilə Nəsimi rayon Məhkəməsinə müraciət edib. N. Həbibi iddia ərizəsində A. Kazımova tərəfindən şərəf və ləyaqətinin təhqir olunduğunu, işgüzar nüfuzuna xələl gətirildiyini bildirib. Bunun üçün A. Kazımovanın N. Həbibidən üzr istəməsi tələb olunub. Məhkəmə N. Həbinin iddiasını təmin edib. Belə ki, məhkəmənin qətnaməsinə görə, xalq artisti Natəvan Həbibinin erməni milliyyətinə mənsubluğu barədə yaydığı məlumatı və işlətdiyi təhqiramiz ifadələri təkzib etməli, ondan üzr istəməlidir. Həmin qətnamədən A. Kazımovanın verdiyi apellyasiya və kassasiya şikayətləri isə təmin edilməyib. 

 

Lakin həmin qətnamə A. Kazımova tərəfindən icra olunmadığı üçün N. Həbibi yenidən məhkəməyə müraciət edib. A. Kazımova məhkəmə qərarını icra etmədiyi üçün onun ölkədən çıxışına qadağa qoyulması istənilib. Məhkəmə A. Kazımovanın ölkədən çıxışının məhdudlaşdırılması barədə qərar qəbul edib. Bundan sonra A. Kazımova həmin qərardaddan apellyasiya şikayəti verərək məhdudiyyətin götürülməsini istəyib. Lakin məhkəmə onun şikayətini təmin etməyib.


Teqlər:  Aygün Kazımovanın Azərbaycandan çıxışına qadağa qoyuldu



RƏYLƏR


Top xəbərlər