Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

​"Xəqani" bağında cinayət törədən şəxslər Ali Məhkəməyə müraciət ediblər

Date: 17 December 2015 12:42

"Report"un məlumatına görə, hakim Camal Ramazanovun sədrliyi ilə keçirilən proses qeyri-müəyyən vaxta təxirə salınıb. Buna səbəb kimi ilkin qərardan kassasiya şikayəti verilməsi göstərilib.
Qeyd edək ki, hadisə 2014-cü ilin iyul ayının 22-də saat 05:30 radələrində paytaxtın Səbail rayonu ərazisində, "Xəqani" bağının yaxınlığında baş verib.
İstintaqla müəyyən edilib ki, Şirvan şəhər sakini Kərim Kərimov həmyerliləri Fuad Əliyev, İlham Şadıyev və Əli Süleymanov ilə birlikdə "Xəqani" bağında olarkən ictimai qaydanı kobud şəkildə pozaraq Şahin Quliyevlə mübahisə ediblər. Bu zaman K.Kərimov üstündə gəzdirdiyi bıçaqla, F.Əliyev isə fiziki zor tətbiq etməklə Ş.Quliyevə müxtəlif dərəcəli bədən xəsarətlər yetirərək hadisə yerindən qaçıblar. Ş.Quliyevin bədəninin müxtəlif nahiyələrindən aldığı kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Onun həyatını xilsa etmək mümkün olub. Paytaxtın hüquq mühafizə orqanları tərəfindən həyata keçirilən birgə istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətin törədilməsində şübhəli bilinən K.Kərimov və F.Əliyev tutularaq istintaqa cəlb olunublar. K.Kərimovun üzərinə baxış keçirilərkən bir ədəd bıçaq və "beşbarmaq" aşkar edilərək maddi sübut kimi götürülüb.
Oktyabrın 26-da Bakı Ağır Cinayətlər məhkəməsində, hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə K.Kərimov 18 il, F.Əliyev isə 17 il müddətinə azadlıqdan məhrum edilib. Məhkəmə hökmündən narazı qalan şəxslərin müdafiəçiləri apellyasiya şikayəti verib.
Hər iki şəxs Cinayət Məcəlləsinin 29, 120.2.1-ci (Qəsdən adam öldürmə, bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürməyə cəhd), 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürməyə cəhd), 221.3-cü (xuliqanlıq, silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) və 228.4-cü (qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə, milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə halları istisna olmaqla) maddələri ilə ittiham olunurlar.

Tags:  Xəqani bağında cinayət törədən şəxslər Ali Məhkəməyə müraciət ediblər

RƏYLƏR


Top news