Prezidentin növbəti uğurlu addımı: Çin səfərinin strateji-tarixi və geosiyasi aspektləri

Prezidentin növbəti uğurlu addımı: Çin səfərinin strateji-tarixi və geosiyasi aspektləri
12:47 17 Dekabr 2015
25 Ölkə
Ölkə mətbuatı
A- A+

Latviya prezidentinin Azərbaycana işgüzar səfərinin tarixi məlum olub (13 Mart 2017 13:17)

Azərbaycanın dövlət başçısı İlham Əliyevin hər bir xarici səfəri xüsusi əhəmiyyət kəsb edir. Növbəti Çin səfərinin də çox uğurlu olduğunu qətiyyətlə demək olar. Bunun strateji, tarixi və geosiyasi əhəmiyyəti barədə analitik və ekspertlər fikir bildirir, mətbuatda şərhlər verilir. Lakin məsələ o dərəcədə geniş və dərindir ki, yeni təhlillərə ehtiyac vardır. Səfər çərçivəsində olduqca vacib sənədlər imzalanıb. Dövlət başçılarının imzaladıqları bəyannamədə isə regional və qlobal əhəmiyyətli məqamlar öz əksini tapıb. Geniş bir geosiyasi məkanda keyfiyyətli və perspektivli əməkdaşlıq modelinin meydana gəlməkdə olduğunu vurğulamaq gərəkdir. Tərəflər həmin istiqamətdə birgə fəaliyyət göstərməkdə qərarlı olduqlarını, qarşılıqlı faydalı və bərabərhüquqlu əməkdaşlığın Avropa ilə Asiya arasında möhkəm dostluq körpüsünün yaradılması prosesinə xüsusi töhfə verəcəyinə əminliklərini bəyan ediblər. Bu tarixi səfərin həm də Azərbaycan diplomatiyasının zəfəri olduğuna şübhə yoxdur.

Cənubi Qafqazın lideri: yeni tarixi imza

Azərbaycan prezidentinin Çinə səfərinə əvvəlcədən böyük maraq vardı. Hazırda dünyada baş verən geosiyasi proseslərin fonunda iki ölkə arasındakı münasibətlərin məzmununun aktuallığı dərk edilirdi. Çünki Çin supergüclərdən biri, dünyanın ikinci iqtisadi gücü, Azərbaycan isə sürətlə inkişaf edən və Cənubi Qafqazın lider dövləti səviyyəsinə yüksəlmiş ölkədir. Onun coğrafi mövqeyi Avropa ilə Asiya arasında mühüm körpü rolu oynaya biləcəyinə dəlalət edir. Ən əhəmiyyətlisi isə ondan ibarətdir ki, Azərbaycan rəhbərliyinin həyata keçirdiyi siyasi, iqtisadi və enerji sahəsindəki islahatlar çox səmərəlidir.

Pekində onu da yaxşı anlayırlar ki, rəsmi Bakı müstəqil xarici siyasət yeridir. Hansı dövlətlərlə necə əlaqələr qurmasını Azərbaycanın yalnız özü müəyyənləşdirir. Buna görə də dövlət başçısının hər hansı ölkəyə səfərinə çox ciddi yanaşılır, bir lider kimi söylədiyi fikirlərə etibar edilir. Rəsmi Pekinin Azərbaycan prezidentini çox yüksək səviyyədə qarşılaması və onunla qlobal əhəmiyyətli problemləri müzakirə etməsi heç də təsadüfi deyil.

Bununla bağlı Azərbaycan Prezidenti Administrasiyasının rəhbərinin müavini, Administrasiyanın xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədovun ölkə rəhbərinin Çinə səfəri haqqında söylədiyi fikirlər bir çox istiqamətləri təhlil etməkdə faydalıdır. O, səfərdən sonra Bakıda jurnalistlərə verdiyi müsahibədə deyib: "Azərbaycan prezidenti İlham Əliyevin Çinə səfəri forma, məzmun və status baxımından tarixidir" (bax: Azərbaycan prezidenti İlham Əliyevin Çinə səfəri tarixi hadisədir / AZƏRTAC, 14 dekabr 2015).

Novruz Məmmədov ona diqqəti yönəldib ki, hər bir dövlətdə ildə iki və ya üç səfərə dövlət səfəri statusu verilir. Prezident İlham Əliyevin "səfərinə bu statusun verilməsi xüsusi yanaşmanın göstəricisidir" (bax: əvvəlki mənbəyə). Azərbaycan Prezidenti Administrasiyasının rəhbərinin müavini daha sonra iki ölkə arasında imzalanan sənədlərin geniş sahələri əhatə etdiyini və dərin məzmunlu olduğunu ifadə edib.

Onu da deyək ki, Azərbaycan prezidenti Çinə səfəri çərçivəsində İpək Yolunun başlanğıcı sayılan Sian şəhərinə də baş çəkib. Çin Xalq Respublikasının sədri Si Cinpin bu şəhərdə anadan olub və onun indi əsas hədəflərindən biri İpək Yolu zolağının yaradılmasıdır. Bu aspektdə də səfərin forması ilə məzmunu arasında sıx əlaqənin olduğu aydın görünür.

Şübhəsiz ki, Novruz Məmmədovun vurğuladığı və geniş təhlilini verdiyi həmin məqamlar qürur hissi yaradır. Eyni zamanda, ölkə başçısının həyata keçirdiyi siyasət müstəvisində bunlar çox əhəmiyyətlidir. Lakin hazırda qlobal səviyyədə çox mürəkkəb geosiyasi-hərbi proseslər gedir, müxtəlif sahələri böhran bürüyüb. Geosiyasi proseslərin ağırlıq mərkəzi getdikcə Şərqə keçir. Belə bir şəraitdə prezident İlham Əliyev strateji əhəmiyyətli addım atıb.

Reallıqlar və perspektivlər: iki məqamın sintezi

Həmin prizmadan Pekində imzalanan sənədlər olduqca perspektivli və real nəticələr verən məqam təsiri bağışlayır. Tərəflər ümumilikdə 10 sənəd imzalayıblar ki, onun da 6-sı iqtisadiyyatı, nəqliyyatı və enerji sahəsini əhatə edir. Digərləri hüquqi, elmi və ekoloji sferalara aiddir. Bir mühüm sənəd isə dövlət başçılarının imzaladıqları "Azərbaycan Respublikasının və Çin Xalq Respublikasının dostluq münasibətlərinin və əməkdaşlığın daha da inkişaf etdirilməsi və dərinləşdirilməsi haqqında Birgə Bəyannamə"dir.

Bakı və Pekin "İpək Yolu İqtisadi Kəməri"nin yaradılması və birgə həyata keçirilməsi haqqında razılığa gəliblər (bax: Баку и Пекин вместе займутся созданием "Шелкового пути" / "Вестник Кавказа", 11 dekabr 2015). Bu, geosiyasi əhəmiyyətli bir proqramdır. Faktiki olaraq söhbət Avropa ilə Asiyanın birləşdirilməsindən gedir.

Çin bu Yolun Şərq tərəfdə başlanğıcıdırsa, Azərbaycan mühüm tranzit məkanıdır. Özü də burada yalnız Qərb-Şərq istiqaməti nəzərdə tutulmur - ÇXR-in sədri Si Cinpinin vurğuladığı kimi, Azərbaycan Şimal-Cənub istiqamətində də vacib rol oynaya bilər. Azərbaycana çatan istənilən malı hər iki istiqamətdə daşımaq mümkündür. Bununla da həm Qərb dövlətlərinin, həm də Uzaq Şərq ölkələrinin dünyanın müxtəlif regionları ilə ucuz, rentabelli əlaqələr yaratmaq imkanı meydana gəlir.

Həmin çərçivədə beynəlxalq münasibətlərdə vacib rol oynayan bir məqamı vurğulamaq gərəkdir. Biz Azərbaycanın bir dövlət olaraq etibarlı tərəfdaş və bütün dünya üçün əhəmiyyəti olan enerji layihələrinin təşəbbüskarı olmasını nəzərdə tuturuq. Rəsmi Bakı bu qüdrətini konkret addımları ilə sübut edib. Şübhə yoxdur ki, Çin kimi böyük bir dövlət bütün bunları yaxşı görür və buna görə də Azərbaycana stavka etməkdən çəkinmir.

Pekindəki görüş zamanı Azərbaycan prezidentinin Çinin böyük şirkətlərini ölkəmizə sərmayə qoymağa dəvət etməsinin maraqla qarşılanmasının arxasında da həmin incə məqamlar dayanır. İlham Əliyev qeyri-neft sektorunun daha da sürətlə inkişafı üçün bunun vacibliyini xüsusi qeyd edir. Çinin informasiya-kommunikasiya texnologiyaları, kənd təsərrüfatı, qeyri-ənənəvi enerji sahələri ilə məşğul olan şirkətləri də gözəl başa düşürlər ki, Azərbaycana yatırılan sərmayələr hədər getmir. Burada sabitlik hökm sürür, sahibkarlıq üçün əlverişli mühit var, iqtisadiyyat dinamik inkişafdadır, kənar təsirlərdən asılı deyil və bu səbəblərdən xeyli qazanc götürmək olar.

Neftin qiymətinin sürətlə aşağı düşməsi fonunda bu məsələ ciddi əhəmiyyət daşıyır. Azərbaycan dünyanın ən sürətlə inkişaf edən iqtisadiyyatı ilə sıx əməkdaşlığa nail ola bilirsə, onda bütün sahələrdə irəliləyiş əldə etmək şansı da xeyli artır. Çin də bunda maraqlıdır.

Birincisi, qlobal səviyyədə Vaşinqton-Pekin rəqabəti davam edir. Çin üçün əməkdaşlıq dairəsini genişləndirmək çox vacibdir. İkincisi, Pekinin Avropa ölkələrinə qısa yolla çıxış əldə etməyə ciddi ehtiyacı var. Avropa İttifaqı bazarında öz varlığını genişləndirməklə Çin inkişaf templərini və bütövlükdə tərəqqi üçün perspektivlərini saxlamış olur.

Üçüncüsü, dünyada baş verən hadisələr göstərir ki, enerji sahəsində gözlənilməz trendlərin meydana gəlməyəcəyinə təminat yoxdur. Bu səbəbdən Pekin Mərkəzi Asiya, Qafqaz, Yaxın Şərq və Afrika istiqamətlərində xüsusi addımlar atmaqda maraqlıdır. Bütün bu marşrutlar isə Azərbaycandan keçir.

Dördüncüsü, son zamanlar KİV məlumat yayıb ki, Çinin bir sıra əyalətlərində iqtisadi inkişaf göstəriciləri bir qədər şişirdilib. Nəticədə, ölkənin inkişaf mənzərəsi reallıqdan uzaq olub. Rəqəmlərin saxtalaşdırılması (sovet dövrünün "pripiskaları") yanlış proqnozların verilməsinə yol açır ki, bu da strateji aspektdə Çini bir dövlət olaraq çox çətin vəziyyətə sala bilər. İndi mütəxəssislər Pekinin "orta gəlir" sindromu ilə mübarizə aparmalı olduğu qənaətindədirlər (bax: Первая пятилетка Си Цзиньпина: бой спиной к реке / "Независимая газета", 14 dekabr 2015).

Geniş əməkdaşlıq modeli: müxtəlif sahələrin vəhdəti

Yuxarıda vurğulanan məqamlardan aydın olur ki, rəsmi Pekinin Azərbaycan kimi tərəfdaşa böyük ehtiyacı var. Ekspertlər həmin reallığı nəzərdə tutaraq imzalanan sazişlərin həyata keçəcəyinə əmindirlər. Çin Xalq Respublikasının sədri Si Cinpin Azərbaycan prezidenti ilə görüşündə hər iki ölkənin 2020-ci ilə qədər xüsusi inkişaf konsepsiyasının olduğunu ayrıca qeyd edib. Çin supergüc kimi böyük planlar üzərində işləyir. Çin şirkətləri energetika, yüksək texnologiyalar, kənd təsərrüfatı, informasiya-kommunikasiya sistemləri və başqa sferalarda geniş fəaliyyət göstərirlər. Azərbaycanla Çin arasında bu istiqamətləri əhatə edən əməkdaşlığın qurulmasında heç bir maneə yoxdur.

Bunlardan başqa, Pekin humanitar, mədəni, parlamentlərarası əlaqələrin, gənclər təşkilatları arasında əməkdaşlığın perspektivlərinə də inandığını nümayiş etdirib. Dünyada terrorizm, təcavüzkar separatizm təhdidlərinin olduğu bir şəraitdə Azərbaycanla Çin arasında təhlükəsizlik sahəsində də əməkdaşlığa ehtiyac yaranıb. Bu, regionda baş verən proseslərə çox müsbət təsir göstərə bilər (bax: Azərbaycan-Çin sənədləri imzalanıb / AZƏRTAC, 10 dekabr 2015).

Bütün bu məqamların strateji əhəmiyyətini əlavə qeyd etməyə ehtiyac yoxdur. Çünki indi dünyada cərəyan edən və təşviş doğuran çoxlu sayda proseslər sübut edir ki, dünyada gərginliyin zəiflədilməsində qarşılıqlı faydalı əməkdaşlıq modelləri böyük rol oynayır. Təhlükəsizlik sahəsində geniş əlaqələrin qurulub inkişaf etdirilməsi Asiya ilə yanaşı, Cənubi Qafqazda da geosiyasi mənzərəyə müsbət təsir göstərə bilər. Bu bağlılıqda dövlət başçılarının imzaladıqları birgə bəyannamədə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə xüsusi yer ayrılıb.

Pekin münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməsinə tərəfdar olduğunu bəyan edib. Birgə bəyannamədə həmin müddəanın yer alması siyasi və geosiyasi məna daşıyır. Çünki bununla Çin rəsmi olaraq Azərbaycanın ərazi bütövlüyünü nəinki dəstəkləmiş olur, həm də münaqişənin bu prinsip əsasında aradan qaldırılmasını istədiyini bildirmiş olur. Beynəlxalq təşkilatların da analoji sənədləri qəbul etdikləri məlumdur. Deməli, Ermənistanın beynəlxalq qanunlar çərçivəsində Azərbaycana qarşı hansısa iddia irəli sürmək şansı qalmır.

Çin tərəfinin Dağlıq Qarabağ probleminin beynəlxalq hüquq çərçivəsində ədalətli həllinə tərəfdar olması hər şeydən əvvəl Azərbaycan rəhbərliyinin yeritdiyi uğurlu xarici siyasi kursla bağlıdır. Ölkə başçısı Pekində bəyan edib ki, Azərbaycan "Vahid Çin" prinsipinə dəstək verir (bax: Geniş tərkibdə görüş / AZƏRTAC, 10 dekabr 2015).

Bunun rəsmi Pekin üçün nə dərəcədə aktual olduğu məlumdur. Məsələ burasındadır ki, bir sıra xarici qüvvələr Çində radikal və separatçı əhval-ruhiyyə yaratmağa cəhdlər edirlər. Hətta bu məqsədlə dəfələrlə terror aktları da törədilib. Dünyanın bir sıra regionlarında separatizmin kənardan alovlandırılması mexanizminə diqqət etsək, analoji halların Çində də baş qaldırması ehtimalının mövcudluğunu qəbul etməliyik. Konkret deyilsə, Çin nə qədər güclü olsa da, onu da terrorun təhdid etdiyini etiraf etmək gərəkdir. Separatçılıq bu böyük ölkəni də ciddi çətinliklərə düçar edə bilər.

Ortaq fəaliyyətin istiqamətləri: separatizmlə mübarizə və regional təşkilatlarla əməkdaşlıq

Buradan iki mühüm nəticə çıxarmaq olar. Əvvəla, Çin dünyanın hər hansı bir regionunda separatizmə dəstək verərsə, onda bundan özü ziyan çəkər. O cümlədən Dağlıq Qarabağdakı separatçı rejimi heç bir geosiyasi bəhanə ilə dəstəkləmək doğru addım sayıla bilməz. İkincisi, Pekin nəinki radikal separatizmi dəstəkləməməli, həm də ona qarşı mübarizə aparmalıdır.

Azərbaycan da terror və separatizmdən əziyyət çəkən bir ölkə kimi məsələnin bu aspektində maraqlıdır. Təbii olaraq, rəsmi Bakı bütün dövlətlərin ərazi bütövlüyünə hörmətlə yanaşır. Bu səbəbdən dövlət başçısının "Vahid Çin" prinsipinə tərəfdar olduğunu xüsusi vurğulaması bütövlükdə Azərbaycanın xarici siyasətinin məzmunu ilə sıx bağlıdır.

Çox əlamətdardır ki, Azərbaycan rəhbəri bu məsələyə geniş siyasi, geosiyasi və iqtisadi kontekstdə qiymət verib. O, Si Cinpinlə görüşdə deyib: "Bu gün biz münasibətlərimizin gələcək inkişafını müəyyən edəcək bir sıra mühüm sənədlər imzalayacağıq. Onların arasında, əlbəttə, Sizinlə bərabər imzalayacağımız Bəyannaməni xüsusi qeyd etmək istərdim. Həmin Bəyannamə bizim niyyətlərimizi əks etdirir. Biz əlaqələrimizi genişləndirmək, siyasi dialoqu inkişaf etdirmək, beynəlxalq təşkilatlarda fəal əməkdaşlığı bundan sonra da davam etdirmək və iqtisadi əlaqələri möhkəmlətmək istəyirik. İpək Yolu iqtisadi zolağının yaradılması barədə Sizin təşəbbüsünüzü biz Azərbaycanda çox yüksək qiymətləndiririk" (bax: əvvəlki mənbəyə).

Prezidentin yuxarıdakı fikirlərindən aydın olur ki, iki ölkə nəzərdə tutduqları əməkdaşlığı inkişaf etdirmək üçün müxtəlif istiqamətlərdə, o cümlədən regional və beynəlxalq təşkilatlarda daha sıx əlaqələr qurmağı planlaşdırırlar. Həmin xüsusda Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) və BMT-nin rolunu ayrıca vurğulamaq istərdik.

ÇXR-in Sədri Azərbaycanın ŞƏT-də "Dialoq üzrə tərəfdaş" statusunu almasına böyük önəm verdiyini və Azərbaycan prezidentinin bu istiqamətdə fəal addımlar atdığını xüsusi vurğulayıb. Çin rəhbəri həmin kontekstdə bildirib: "Cənab prezident Çin xalqının köhnə dostudur. Siz Çin-Azərbaycan münasibətlərinin inkişafı üçün daim səy göstərirsiniz. Keçən ilin mayında Siz Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin Sammitində iştirak edirdiniz. Bu Sammit çərçivəsində biz ikitərəfli münasibətlərə və qarşılıqlı maraq doğuran problemlərə dair fikir mübadiləsi apardıq, geniş əhatəli məsələlərə dair qarşılıqlı anlaşmaya nail olduq" (bax: əvvəlki mənbəyə).

Öz növbəsində Azərbaycan prezidenti Çin dövlət başçısının ölkəmizin ŞƏT-ə "Dialoq üzrə tərəfdaş" statusunda qoşulmasında böyük dəstəyini xatırladıb. Deməli, artıq iki ölkə rəhbərliyinin əməkdaşlığının konkret nümunələri də mövcuddur. Regional səviyyədə həmin istiqamətdə yeni addımlar atılması və Çindən başlayaraq Mərkəzi Asiyanı da əhatə etməklə Qafqaza qədər geniş bir ərazidə Azərbaycan-Çin əlaqələrinin yeni nümunələrinin meydana gəlməsi mümkündür. Bununla yanaşı, iki dövlətin siyasi dialoq və beynəlxalq təşkilatlarda ortaq fəaliyyətlərini genişləndirmək haqqında razılığa gəlməsinin də çox mühüm tərəfi var.

BMT faktoru: "ağıllı güc"lə "Böyük Çin səddi"nin aşılması

Biz, hər şeydən əvvəl, BMT çərçivəsində mümkün əməkdaşlığı nəzərdə tuturuq. Çin BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvündən biridir. Onun hər hansı qərara veto qoymaq, konkret təşəbbüslərlə çıxış etmək hüququ vardır. Azərbaycanla Çin arasında geniş strateji tərəfdaşlığın yaranması hər iki ölkə üçün BMT çərçivəsində uğurlu fəaliyyət göstərmək şansını artıracaq. Xüsusilə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul edilmiş 4 qətnamənin yerinə yetirilməsinə Pekin təkan verə bilər.

Məsələnin bu cür qoyuluşu Novruz Məmmədovun səfərin tarixiliyi ilə bağlı yuxarıda vurğuladığımız tezisinin işığında daha dolğun görünür. Çünki ortada iki dövlətin müxtəlif sahələr üzrə real əməkdaşlıq imkanları vardır. Müasir dünyanın geosiyasi mənzərəsini və Qərbin enerji xəritəsini dəyişə biləcək nəhəng layihələrdə Azərbaycan və Çin ciddi rol oynayırlar. İpək Yolu İqtisadi Kəməri və yeni enerji layihələri bu xüsusda daha çox önəm verilməli olan faktorlardandır.

Burada Mərkəzi Asiya ölkələrinin də prosesə dəstək verdiyini ayrıca qeyd etmək gərəkdir. Hazırda Qazaxıstan, Türkmənistan, Tacikistan, Özbəkistan və Qırğızıstan Çinlə müxtəlif sahələrdə sıx əməkdaşlıq layihələri üzərində işləyirlər. Bu sırada həmin region dövlətlərinin Pekinlə birgə enerji layihələrini reallaşdırması və sərmayə qoyuluşunu artırması diqqəti çəkir. Belə çıxır ki, Azərbaycanla Çin arasında əməkdaşlığın bir neçə "aralıq məntəqələri" vardır ki, onların da strateji və geosiyasi əhəmiyyəti danılmazdır.

Bunlar təsdiqləyir ki, iki ölkə arasındakı əlaqələrə sadə hal kimi baxmaq düzgün deyil. Söhbət strateji mənalı böyük əlaqələr sisteminin iki mühüm tərkib hissəsindən gedir. Əhməd Davudoğlunun "Azərbaycan regionun parlayan ulduzudur" tezisinin məna çalarlarından biri də məhz bundan ibarətdir. Deməli, Çin BMT çərçivəsində Azərbaycana dəstək verə bilər və bu həm də onun maraqlarına uyğundur.

Maraqlıdır ki, Bakı ilə Pekin arasında əlaqələrin strateji aspekti yuxarıda vurğulanan məqamlarla məhdudlaşmır. Si Cinpinin də xüsusi qeyd etdiyi humanitar və mədəni sahələrdə əməkdaşlıq perspektivlərinin yüksək olması faktı ayrıca təhlil tələb edən mövzudur. Məsələnin iki tərəfini göstərmək olar. Birinci tərəf həmin sahələrdə əlaqələrin dərin tarixi köklərinin olması ilə bağlıdır.

Çinin Renmin Universitetinin rektoru Lyu Vey Azərbaycan prezidentinə tarix üzrə fəxri professor diplomunu təqdim etmə mərasimində çıxışı zamanı bu bağlılıqda deyib: "Çin və Azərbaycan qədim tarixə, parlaq sivilizasiyaya malik olan ölkələrdir. Azərbaycan Avrasiyanın ürəyində yerləşir. Bu ölkə Şərq və Qərb mədəniyyətlərinin birləşməsinə şahidlik edir, habelə müxtəlif xalqların, dinlərin və mədəniyyətlərin bir-biri ilə kəsişdiyi məkandır. Xalqlarımız arasındakı uzunmüddətli dostluq əlaqələri iki min il əvvələ - qədim İpək Yolunun başlanğıcına qədər uzanır. İpək Yolu və onun üzərindəki şəhərlər müntəzəm inkişaf edirdi. Bu qədim şəhərlərdən biri olan Bakı İpək Yolunun incisi kimi dünyada məşhurlaşmışdı. İpək Yolu vasitəsilə Çinin gözəl ipəyi Azərbaycana, Azərbaycanın nadir xalçaları və daş duzu isə Çinə gətirilirdi" (bax: Azərbaycan prezidenti İlham Əliyevə Çinin Renmin Universitetinin "Tarix üzrə fəxri professor" diplomu təqdim edilib / AZƏRTAC, 12 dekabr 2015).

İkinci tərəf isə Azərbaycanın mədəniyyətlər və dinlərarası dialoqda fəal iştirakı, onun sözün həqiqi mənasında multikulturalizm məkanı olması ilə əlaqəlidir. Təbii ki, Pekin belə bir ölkə ilə humanitar sahədə əməkdaşlığın yalnız səmərəli olacağını qəbul edir. Əsas isə odur ki, Azərbaycanın xarici siyasətində bu məqam ciddi yer tutur. Müasir geosiyasi nəzəriyyə terminologiyası ilə deyilsə, rəsmi Bakı "ağıllı güc" strategiyasını həyata keçirir. Məlumdur ki, Çin də daha çox "müdrik güc" deyilən strategiyanı reallaşdırır. Beləliklə, hər iki ölkə "ağıllı güc" aspektində perspektivli tərəfdaş olmaq şansına malikdirlər. Bunun nə dərəcədə əhəmiyyətli olduğunu qeyd etməyə ehtiyac yoxdur.

Yuxarıda aparılan təhlil Azərbaycan prezidentinin Çin səfərinin zəngin strateji və tarixi aspektlərinin olduğunu təsdiqləyir. İki ölkə rəhbərliyinin qarşılıqlı səmimi əməkdaşlığı inkişaf etdirməsindən bütövlükdə dünyanın faydalana biləcəyinə şübhə yoxdur. Bunun məhz belə olacağına inanırıq.

Newtimes.az

RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Qəzza zolağından İsrail tərəfə raket atılıb

27 İyun 2017 00:37

Nigeriyada silsilə partlayışlar - 16 ölü, 13 yaralı

27 İyun 2017 00:23

Astroloji proqnoz - 27 iyun

27 İyun 2017 00:08

Qətərin xarici işlər naziri ABŞ-a gedir

27 İyun 2017 00:08

Günün qoroskopu:bütün problemlər həllolunandır

27 İyun 2017 00:05

FİFA Rusiya millisi barədə araşdırmaya başlayıb

26 İyun 2017 23:57

Məşhur aktrisa: "Rejissor soyunmağımı istədi, mən də..." - FOTO

26 İyun 2017 23:57

"Putinin fanatıyam" -

26 İyun 2017 23:57

Bayram süfrələrimizin şahı: Turşu-qovurmalı plov - RESEPT

26 İyun 2017 23:52

İtaliya polisi miqrantlara qarşı gözyaşardıcı qazdan istifadə edib

26 İyun 2017 23:52

183-dən 65-ə düşdü - FOTO

26 İyun 2017 23:52

Gənc oğlanın cəsədi iş yerinin yaxınlığında tapıldı

26 İyun 2017 23:48

Günəş və ya piqment ləkələrinin çarəsi

26 İyun 2017 23:47

"Real"ın baş məşqçisi olmaq istəyirəm"

26 İyun 2017 23:47

Alimlərdən yeni ixtira - robot kuryerlər

26 İyun 2017 23:47

Övladı imtahana hazırlaşan valideynlər, MÜTLƏQ OXUYUN

26 İyun 2017 23:42

Mbappenin məvacibi 9 dəfəyə qədər artırılacaq

26 İyun 2017 23:42

Azərbaycan bayrağı ayaq altına sərilən xalçada əks olunub -

26 İyun 2017 23:41

Bayramda mədəniz ağrımasın deyə belə qidalanın - MƏSLƏHƏT

26 İyun 2017 23:37

İngilis futbolçuya 200 milyon funt qiymət qoyulub

26 İyun 2017 23:37

Dənizə ataraq intihara cəhd edib - Bakıda

26 İyun 2017 23:32

"Stress çarxı"ndan sonra daha bir TƏHLÜKƏLİ OYUNCAQ - FOTO

26 İyun 2017 23:32

1300 uşağı olan poçtalyon

26 İyun 2017 23:28

Bakıda bir nəfər özünü dənizə ataraq intihara cəhd edib

26 İyun 2017 23:24

Köhnə və yeni sevgililəri bənzər olan məşhurlar - FOTO

26 İyun 2017 23:22

Çəhrayının 50 çaları moda ikonalarının obrazlarında - FOTO

26 İyun 2017 23:22

"Akasiya durağı"nın balaca ulduzunun inanılmaz dəyişimi - FOTO

26 İyun 2017 23:17

Dənizdə intihara cəhd

26 İyun 2017 23:14

Lavrov və Tillerson arasında telefon danışığı olub

26 İyun 2017 23:12

Şəkərli diabet xəstələri üçün MÜJDƏ

26 İyun 2017 23:05

Kirayə ev axtaran gənc pakistanlı bir gecədə fenomen oldu - FOTOLAR

26 İyun 2017 23:03

Hamilələr adam öldürə bilər - Yeni qanun

26 İyun 2017 22:57

Mingəçevirin səhiyyə işçiləri Ramazan bayramı münasibətilə xeyriyyə tədbiri keçiriblər

26 İyun 2017 22:57

Qəssab Nüsrət geyimlərinə sərvət ödədi - FOTO

26 İyun 2017 22:57

Pakistanda baş verən yanğında ölənlərin sayı 157 nəfərə çatıb

26 İyun 2017 22:53

Ağ Ev: "Prezident Tramp hesab edir ki, Rusiya ABŞ-dakı seçkilərə müdaxilə edə bilərdi"

26 İyun 2017 22:47

Midiyanın məhv etdiyi ölkə barədə DƏHŞƏTLİ FAKTLAR: kəsilmiş başla həzz və... - FOTO

26 İyun 2017 22:47

Öndə komandirlər gedirdi...

26 İyun 2017 22:37

Çimərlik geyimi açıldı - sevgilisi xəbərdarlıq etdi - FOTO

26 İyun 2017 22:32

Trampın miqrasiya barədə fərmanı qismən qüvvəyə minib -

26 İyun 2017 22:28

Astara sakini narkotik vasitənin təsirindən ölüb

26 İyun 2017 22:27

Yayın sırğa dəbi: Qulaqlarınız diqqət mərkəzində olacaq - FOTO

26 İyun 2017 22:27

Dünyanın ən QƏRİBƏ TEATRI: burada aktyorlar pişiklərdir

26 İyun 2017 22:22

Azərbaycan bayrağı ayaq altına sərilən xalçaya əks olunub - Dövlət atributuna hörmətsizlik? - VİDEO

26 İyun 2017 22:22

Namaz qıldı, sonra məsciddən oğurluq etdi - VİDEO

26 İyun 2017 22:12

Mobil telefon bazarında durğunluq yaşanır - VİDEO

26 İyun 2017 22:12

Messi 30 yaşını belə qeyd etdi

26 İyun 2017 22:09

Qətərin XİN rəhbəri ABŞ-a səfər edəcək

26 İyun 2017 22:05

Kombi və radiatorlar ucuzlaşdı - VİDEO

26 İyun 2017 21:57

Beyləqanda yanğın baş verib

26 İyun 2017 21:57