Nəhəng asteroid dünyanın bir addımlığında

Nəhəng asteroid dünyanın bir addımlığında
12:56 17 Dekabr 2015
47 Ölkə
Ölkə mətbuatı
A- A+

Dekabrın 24-də bəzi yerlərdə güclü zəlzələ baş verə bilər. ANS PRESS-in məlumatına görə, Milad bayramı ərəfəsində nəhəng asteroid dünyanın düz yanından keçəcək.

NASA-nın elm adamlarının sözlərinə görə, iri qaya parçasını xatırladan asteroid "2003 SD220" və ya "163899" adlanır.
Onun ölçüləri olduqca böyükdür - diametri 2,41 km. Göy cismi dünyanı sıyırıb keçəcək.

Səma cisminin düşəcəyi ilə bağlı xəbərlərin yayılması güclü zəlzələ və sunami təhlükəsi riskini də özü ilə gətirib.
Ancaq son açıqlamalar bu risklərin əsassız olduğunu ortaya çıxarıb. Belə ki, asteroid dünyadan 12 milyon km aralıdan keçəcək. Bu isə Ayla dünya arasındakı məsafənin 28 qatıdır.


Dünyanın yaxınlığından keçən asteroid

NASA-nın əməkdaşı Paul Codas bu cismin dünyaya hər hansı təsiri olmayacağını deyib.
Eyni obyekt bir də 2018-ci ildə dünyaya yaxınlaşacaq.

Astroloqların hesablamalarına görə, ilin sonuna kimi 31 asteroid dünyanın yaxınlığından keçəcək. Bunlardan ən kiçiyi "2011 YD29"dur. Onun ölçüsü 15-33 metrə bərabərdir.

Son dəfə nəhəng asteroid dünyanın bir addımlığından bu ilin oktyabr ayında keçib.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=9&nid=367498

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR