Beyləqanlı gənclər Bərdə regional “ASAN xidmət” mərkəzinin qonağı olublar

Beyləqanlı gənclər Bərdə regional “ASAN xidmət” mərkəzinin qonağı olublar
12:58 17 Dekabr 2015
58 Digər
Ölkə mətbuatı
A- A+


Bərdə, 17 dekabr, AZƏRTAC
“Beyləqan Gənclərinin Maarifləndirilməsi və Sosial İnkişafı” İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə həyata keçirdiyi “Gənc sahibkarların və fermerlərin biznes bacarıqlarının inkişafı” layihəsi çərçivəsində bir qrup gəncin Bərdə regional “ASAN xidmət” mərkəzinə səfəri təşkil edilib.
AZƏRTAC xəbər verir ki, “ASAN xidmət” mərkəzinin əməkdaşları gənclərə İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən lisenziyaların verilməsi, kommersiya hüquqi şəxslərin və vergi ödəyicilərinin qeydiyyatı, dövlət orqanlarının göstərdikləri xidmətlər üzrə informasiya xidmətinin həyata keçirilməsi və sair haqqında ətraflı məlumat veriblər.
Qeyd edək ki, layihənin əsas məqsədi yeni innovativ metodlar vasitəsilə kənd yerlərində yaşayan gənc sahibkar və kiçik fermerlərin kənd təsərrüfatı üzrə məsləhət və informasiya xidmətlərinə çıxışının artırılması və məşğulluq imkanlarının gücləndirilməsinə dəstək verməkdir.


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Beyleqanli_gencler_Berde_regional_ASAN_xidmet_merkezinin_qonagi_olublar-912000

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR