Bakıda “Olimpiya hərəkatı” layihəsinin təqdimatı olub

13:03 17 Dekabr 2015
29 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 17 dekabr, Səxavət Quliyev, AZƏRTAC 
Dekabrın 17-də Azərbaycan Milli Olimpiya Komitəsində (MOK) “Olimpiya hərəkatı” layihəsinin təqdimat mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə gənclər və idman naziri Azad Rəhimov, MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə, təhsil naziri Mikayıl Cabbarov, “Azerbaijan Coca-Cola Bottlers” şirkətinin baş direktoru Cem Becel iştirak ediblər.
MOK-un marketinq departamentinin rəhbəri Mehman Kərimov layihə barədə məlumat verib. Bildirilib ki, bu layihə Beynəlxalq Olimpiya Komitəsi, Olimpiya Oyunlarının ümumdünya tərəfdaşı olan “Coca-Cola” şirkəti, Azərbaycan Milli Olimpiya Komitəsi, Gənclər və İdman, Təhsil nazirlikləri tərəfindən birgə həyata keçirilir. Layihə idmanın dörd növünü – basketbol 3x3, velosiped, atletika və badmintonu əhatə edir. “Olimpiya hərəkatı” layihəsi ölkəmizdə uşaqların idmana daha geniş cəlb olunması, idmanın, xüsusən də həmin dörd növün kütləviləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Digər çıxışlarda da layihənin əhəmiyyətindən danışılıb.
Tədbirin sonunda layihənin “ulduz idmançı”ları seçilib. Nazim Babayev atletika, Amil Həmzəyev basketbol 3x3, Aqşin İsmayılov velosiped, Orxan Qələndərov isə badminton üzrə “ulduz idmançı” seçiliblər.
Sonda milli Olimpiya səfirləri - Olimpiya çempionu Fərid Mansurov və Əməkdar Artist Tünzalə Ağayeva mükafatlandırılıblar.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Bakida_Olimpiya_herekati_layihesinin_teqdimati_olub-912002

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR