Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

"Bunu qəsdən edirəm" - fotolar

"Bunu qəsdən edirəm" -  fotolar

Date: 17 December 2015 13:06

ATV-nin aparıcı Samir Bayramlı fotokameramız qarşısına keçərək şəkillər çəkdirib.

Axşam.az-a açıqlama verən aparıcı uzun müddətdir efirə çıxmamağının səbəbindən danışıb:

“Sadə bir veriliş istəyirəm. Bir çox təkliflər gəlir, amma ürəyimcə olmadığı üçün razılaşmıram. Böyük layihələr düşünüb, Amerika kəşf etmək istəmirəm. Onsuz bu cür verilişlər reytinq toplamır. Efirdə görünmək xatirinə hər təklifə razılıq vermirəm. Hətta bu yaxınlarda bir reklama çəkilmək deyildi. Şirkətlə qonorar baxımından razılaşmadıq və imtina etdim”.

S.Bayramlı yeni çəkilən Azərbaycan filmlərindən də bəhs edib. O, heç bir ekran işinə baxmadığını deyib:

“Bunu qəsdən edirəm. Qala gecəsinə dəvət olunmuram. Olunmadığım halda niyə gedib bilet alıb ona baxım ki? Tək baxdığım film “Bozbash pictures” oldu. Mən Azərbaycanda seriala çəkiləndə hələ bu sahə inkişaf etməmişdi”.

Foto: Ramin ASLANOV







Tags:  Bunu qəsdən edirəm fotolar

RƏYLƏR


Top news