"Elektron Səhiyyə" portalı yeni sistemlə istifadəyə verilib

"Elektron Səhiyyə" portalı yeni sistemlə istifadəyə verilib
13:09 17 Dekabr 2015
11 Sosial
Ölkə mətbuatı
A- A+

2008-ci ildən etibarən Səhiyyə Nazirliyində fəaliyyət göstərən “Elektron Səhiyyə” internet portalı yenilənərək istifadəyə verilib.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, yeni konsepsiyası ilə tam fərqlənən portalda daha çox üstünlük “e-Səhiyyə” istifadəçilərinin (fərdi sahibkar, adi istifadəsi və tibb mütəxəssisi) işini asanlaşdırmağa yönəlib.

 

Belə ki, portala 33 elektron xidmət daxildir ki, onların 4-ü qeydiyyatsız istifadəçilər üçün nəzərdə tutulub. Bura tibb müəssisələri haqda məlumat, dərman preparatları haqda məlumat, immunoprofilaktika və xəstəliklərin beynəlxalq təsnifatı daxildir.

 

Eyni zamanda, portalda Səhiyyə Nazirliyi tərəfindən həyata keçirilən layihələr haqqında informasiyalar, dünya səhiyyə və tibb elmində baş verən yenilikləri barədə geniş məlumatlar verilir.

 

Qeyd edək ki, 2015-ci illlər ərzində internet portal vasitəsi ilə təqdim olunan elektron xidmətlərdən 49 mindən çox vətəndaş istifadə etmişdir. Məlumat üçün qeyd edək ki, cari ildə müraciətlərin sayı 2014-cü il ilə müqayisədə 2 dəfədən çox artmışdır.

 Müraciətlərin əksəriyyəti dərman vasitələri haqqında məlumatın verilməsi xidmətini, Səhiyyə Nazirliyinin tabeliyində olan tibb müəssisələrində işə qəbulla bağlı keçiriləcək müsabiqələrdə iştirak etmək üçün müraciətin və sənədlərin qəbulu xidmətini, Səhiyyə Nazirliyinə göndərilmiş sorğuların və məktubların icrasının müraciət edənlər tərəfindən onlayn izlənilməsi xidmətini və s. əhatə edir.

 

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/225536

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR