"Xəzər Lənkəran" "Kəpəz"ə, "Neftçi" AZAL-a qarşı - YENİLƏNİR

"Xəzər Lənkəran" "Kəpəz"ə, "Neftçi" AZAL-a qarşı -   YENİLƏNİR
13:12 17 Dekabr 2015
38 İdman
Ölkə mətbuatı
A- A+

Bu gün Topaz Premyer Liqasında XVII tura yekun vurulacaq. Fanat.az хəbər verir ki, son oyun günündə iki qarşılaşma baş tutacaq.

Günün ilk oyununda "Xəzər Lənkəran" "Kəpəz"i qəbul edəcək. Saat 14.00-da başlayacaq qarşılaşmanı Rəhim Həsənov idarə edəcək. "Xəzər Lənkəran" son 5 Premyer Liqa oyunununda uduzub, ardıcıl 5 oyunda qələbəyə həsrət qalan "Kəpəz" isə son 3 görüşdə heç-heçə oynayıb. Komandalar arasında mövsümün ilk oyununda "Kəpəz" qələbə qazanıb (1:0). Kubokun 1/8 finalına təsadüf edən qarşılaşmanı isə "Xəzər Lənkəran" qazanıb (1:0).

Tura "Neftçi" - AZAL oyunu ilə yekun vurulacaq. Əliyar Ağayevin idarə edəcəyi matçın start fiti saat 17.00-da çalınacaq. "Neftçi" artıq 4 oyundu uduzmur (3 qələbə, 1 heç-heçə). AZAL isə son iki turda aktivinə 4 хal yazıb.

Qeyd edək ki, ilk iki oyun günündə turun üç matçı baş tutub. "İnter" "Rəvan"ı 2:0, "Zirə" "Qəbələ"ni 1:0 hesabı ilə yenib, "Qarabağ" - "Sumqayıt" matçında qalib müəyyənləşməyib - 2:2.

Premyer Liqa
2015/16 mövsümü
II dövrə, 

17 dekabr
Xəzər Lənkəran - Kəpəz
Hakimlər: Rəhim Həsənov, Elman Musayev, Coşqun Həsənov, Mahir Məmmədov.
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev.
Hakim-inspektor: Asim Xudiyev.
"Xəzər Lənkəran" mərkəzi stadionu. Saat 14.00.

Neftçi - AZAL
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, Nail Nağıyev.
AFFA nümayəndəsi: Şaiq Həmidov.
Hakim-inspektor: Məlik Həsənov.
"Bakcell Arena". Saat 17.00.

Klub

O

Q

H/H

M

T/F

X

1

Qarabağ

17

11

4

2

27-11

37

2

Zirə

17

7

8

2

16-12

29

3

İnter

17

7

6

4

16-12

27

4

Qəbələ

17

7

6

4

23-12

27

5

Neftçi

16

6

5

5

18-16

23

6

Kəpəz

16

5

7

4

17-16

22

7

Sumqayıt

17

3

8

6

20-25

17

8

AZAL

16

4

4

8

9-17

16

9

Xəzər Lənkəran

16

3

3

10

10-21

12

10

Rəvan

17

2

5

10

9-23

9

Bombardirlər

Riçard Almeyda (Qarabağ) - 7. Ruslan Qurbanov (Neftçi), Aleksey Antonov (Qəbələ) - 6. Dieqo Martines (İnter) - 5.


Fanat.az

Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotxzr-lnkranquot-quotkpzquot-quotneftciquot-azal-a-qar-t46206.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR