Dənizdə təhlükə qarşısında olan iki balıqçı xilas edilib

Dənizdə təhlükə qarşısında olan iki balıqçı xilas edilib
13:13 17 Dekabr 2015
23 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 17 dekabr, AZƏRTAC
Dövlət Sərhəd Xidmətinin (DSX) sərhəd gözətçi gəmiləri, texniki müşahidə və sahil nəzarəti məntəqələri dənizə çıxan üzmə vasitələrinə nəzarətin təşkili və Xəzərdə xilasetmə tədbirlərinin həyata keçirilməsi üzrə fəaliyyətlərini uğurla davam etdirirlər.
DSX-nin mətbuat mərkəzindən AZƏRTAC-a bildiriblər ki, dekabrın 14-də saat 13:00 radələrində DSX Sahil Mühafizəsinin “Vel” sahil nəzarəti məntəqəsinə dənizdə balıqçı qayığında yaranmış texniki nasazlıq səbəbindən iki balıqçının həyatının təhlükə qarşısında qalması barədə məlumat daxil olub.
Sahildən iki mil aralıda yerləşən qayığın koordinatları dəqiqləşdirildikdən sonra həyata keçirilən xilasetmə tədbirləri nəticəsində Astara rayon Şahağacı kəndinin sakini Elvin Ağaverdi oğlu Əliyev və Kakalos kənd sakini Amil Valeh oğlu Məmmədov qayıqla birlikdə sahilə çıxarılıblar.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Denizde_tehluke_qarsisinda_olan_iki_baliqchi_xilas_edilib-912009

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR