Gələcəyin həkimləri İİV infeksiyasından yoxlandılar

Gələcəyin həkimləri İİV infeksiyasından yoxlandılar
13:13 17 Dekabr 2015
23 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 17 dekabr, AZƏRTAC
Azərbaycan Tibb Universitetində (ATU) “QİÇS-lə mübarizə” adlı aksiya keçirilib.
Respublika QİÇS-lə Mübarizə Mərkəzi və ATU-nun Tələbə Həmkarlar İttifaqı Komitəsinin birgə təşkilatçılığı ilə baş tutan aksiyada tələbələr bu xəstəlik barədə məlumatlandırılıblar. Həmçinin universitetin 450-yə yaxın tələbəsi İİV virusuna görə ekspress testdən keçib.
Universitetin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, hər kəsə 15-20 dəqiqə ərzində İİV infeksiya daşıyıcısı olub-olmadığı barədə test cavabları təqdim edilib.
Respublika QİÇS-lə Mübarizə Mərkəzi bu cür aksiyaları Bakıda və regionlarda yerləşən ali təhsil ocaqlarında, ticarət mərkəzlərində, avtovağzallarda, dövlət və özəl sektor müəssisələrində və digər obyektlərdə keçirir. Kampaniya profilaktik və maarifləndirmə məqsədi daşıyır.



Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Geleceyin_hekimleri_IIV_infeksiyasindan_yoxlandilar-912010

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR