Milli Olimpiya Komitəsində "Olimpiya hərəkatı" proqramın təqdimatı keçirilib

13:22 17 Dekabr 2015
37 İdman
Ölkə mətbuatı
A- A+

Onun sözlərinə görə, bu, "Fəal ailəm, sağlam aləm" proqramının davamıdır: "Məqsəd gənc nəslin davamlı fiziki, aktiv və idmanın köməyi ilə daha sağlam böyüməsini təmin etməkdir. Hədəfimiz məktəblərdə idmanın təbliğini yüksək səviyyədə inkişaf etdirməkdir. Bu günə qədər məktəblərdə bir növ idman yarışlar keçirilib. Bundan sonra çoxnövlü idman yarışlarının keçirilməsi planlaşdırılır".
M.Kərimov bildirib ki, proqram 4 əsas mərhələdən ibarət olacaq: "İlk mərhələdə məktəblərdə idman yarışlarının təşkili idi, buna da qismən nail olmuşuq. Yekun mərhələ isə finaldır. Əsas tərəfdaşlar isə Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi, Milli Olimpiya Komitəsidir. Gələn il üçün final mərhələsinin keçirilməsi nəzərdə tutulur".
MOK-un vitse-prezidenti, Azərbaycan Atletika Federasiyasının prezidenti Çingiz Hüseynzadə deyib ki, proqram üçün seçilən idman növləri ilə hər bir gənc məşğul ola bilər. Çünki həmin növlər zaldan məşqçi tərəfindən idarə olunmur. Bura voleybol, basketbol 3×3, badminton, atletika daxildir.
Gənclər və idman naziri, MOK-un vitse-prezidenti Azad Rəhimov isə olimpiya çempionunu aşkar etməyin çox vacib olduğunu bildirib: "Gələcək nəslin sağlamlığı bizim üçün çox vacibdir. Bu kimi proqramlar da həmin gənclərin yetişdirilməsində xüsusi rol oynayır".
Təhsil naziri, Azərbaycan Badminton Federasiyasının prezidenti Mikayıl Cabbarov əlavə edib ki, idmanın kütləviliyinin təmin edilməsi əsas vəzifələrdən biridir: "Sirr deyil ki, bizim gələcək çempionlarımız bu gün məktəblərdə oxuyan şagirdlərin arasındadır. Azərbaycan artıq idman ölkəsi kimi tanınır".
M. Cabbarov onu da xatırladıb ki, gələcəkdə bu proqramın daha da genişləndirilməsi üçün nazirlik olaraq lazım olan bütün dəstəyi verməyə hazırdırlar.
Çıxışlardan sonra proqramın ulduz idmançılarının təqdimatı olub. Bunlar "Bakı- 2015" I Avropa Oyunlarının iştirakçıları - atlet Nazim Babayev, basketbolçu Amil Həmzəyev, velosipedçi Aqşin İsmayılov və badmintonçu Orxan Qələndərovdur.
Tədbirdə, həmçinin Milli Olimpiya səfirləri də mükafatlandırılıb. Onlar olimpiya çempionu Fərid Mansurov və əməkdar artist Tünzalə Əliyevadır.

Xəbərin orijinal ünvanı: http://report.az/komanda/milli-olimpiya-komitesinde-mok-olimpiya-herekati-proqramin-teqdimati-kecirilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR