Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Azərbaycan lisenziyalar və icazələrin verilməsini sadələşdirir

Date: 17 December 2015 13:23

Bakı. Azad Həsənli - Trend:

Azərbaycanda lisenziyaların verilməsi müddətini 15 gündək 10 günədək, icazələrin isə 7 günədək azaldılması təklif edilir. Bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında müzakirə edilən "Lisenziyalar və icazələr haqqında" qanun layihəsində nəzərdə tutulub.

İclasda çıxış edən iqtisadiyyat və sənaye nazirinin müavini Sahib Məmmədov bildirib ki, qanun layihəsi lisenziya və icazələrin verilməsi prosedurunun sadələşdirilməsini, onların verilməsi müddətinin azaldılmasını, "vahid pəncərə" prinispinin tətbiqini və s. nəzərdə tutur: "Əgər sahibkar lisenziya üçün müvafiq struktura müraciət edir və bu strukturdan müəyyən vaxt ərzində cavab almırsa, bu, sahibkarlıq fəaliyyətinin aparılması üçün icazə hesab ediləcək".

Bizi Twitter-dən izləyin: @trend_az


Tags:  Azərbaycan lisenziyalar icazələrin verilməsini sadələşdirir

RƏYLƏR


Top news