Azərbaycanlı qadını döyən rus polisə cinayət işi açıldı

Azərbaycanlı qadını döyən rus polisə cinayət işi açıldı
13:26 17 Dekabr 2015
32 Ölkə
Ölkə mətbuatı
A- A+

Sankt-Peterburqda azərbaycanlı İ.Rəcəbəliyevaya və onun ailə üzvlərinə qarşı qanunazidd hərəkətlərə yol vermiş polis əməkdaşları barəsində cinayət işi başlanıb.

Baş Prokurorluğun mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən 2015-ci ilin iyulunda Sankt-Peterburq şəhərində sahibkarlıq fəaliyyəti ilə məşğul olan İradə Rəcəbəliyevaya və onun yetkinlik yaşına çatmayan övladlarına qarşı zorakılıq hərəkətlərinə yol vermiş polis əməkdaşları barəsində qanunamüvafiq tədbirlər görülməsi ilə əlaqədar Rusiya Federasiyasının Baş Prokurorluğuna müraciət edilib.

Müraciət əsasında Rusiya Federasiyasının İstintaq Komitəsi müvafiq araşdırmalar aparmaqla həmin ölkənin Cinayət Məcəlləsinin 286-cı (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə cinayət işi başlanıb.

Cinayət işinin istintaqı Rusiya Baş Prokurorluğunun nəzarətinə götürülməklə polis əməkdaşları tərəfindən İ.Rəcəbəliyevaya qarşı yol verilmiş qanunazidd hərəkətlərin araşdırılması istiqamətində müvafiq istintaq tədbirləri davam etdirilir.


Roman Tolpoyev- azərbaycanlı qadını döyən polis əməkdaşı


Hadisə bu ilin iyul ayında baş verib. Roman Tolpoyev adlı polis İradənin işlədiyi dükana daxil olaraq, əvvəlcə tərəzini itələyib. Buna etirazını bildirən qadını sonradan döyməyə başlayıb. Hadisənin baş verdiyi ərazinin yaxınlığında yerləşən kafelərində birində olan Rəcəbəliyevanın uşaqları analarının döyüldüyünü görərək, hadisə yerinə qaçıblar. Lakin qadın daha sonra öz ifadəsində uşaqlarının ona yaxın buraxılmadıqlarını deyib.

"Məni söyə-söyə bir polis döyməyə başladı. Digər polis isə uşaqlarımı saxlayaraq, mənə yaxın buraxmırdı. Mən nə baş verdiyini anlamırdım. Daha sonra məni əli qandallı növbətçi hissəyə apardılar", - deyə İradə bildirib.

Xəsarət almış qadını xəstəxanaya aparıblar və ona sağ gözünün və döş qəfəsinin ağır zədələnməsi diaqnozu qoyulub.

Baş leytenant Roman Talpeyevin isə belə bir addım atmasına səbəb ilə İradənin miqrant olduğu və ölkəsində belə insanların bizneslə məşğul olmağını istəməməsi olub.

Noyabr ayının 5-də Azərbaycan Respublikasının Baş prokuroru Zakir Qaralov azərbaycanlılara qarşı törədilmiş cinayətlə əlaqədar həmin ölkənin Baş prokuroru Yuri Çaykaya müraciət ünvanlamışdı.

Müraciətdə azərbaycanlı ailəsinə qarşı törədilmiş qanunazidd hərəkətlər qəti şəkildə pislənərək, polis əməkdaşı tərəfindən yol verilmiş cinayət hadisəsinin ictimaiyyət arasında rezonans doğurması bildirilməklə cinayət-prosessual qanunvericiliyin və beynəlxalq hüquq normalarının tələblərinə uyğun olaraq obyektiv və ədalətli şəkildə araşdırma aparılması və həmin hərəkətlərə qısa müddətdə hüquqi qiymət veriləcəyinə əminlik ifadə olunmuşdu.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=9&nid=367491

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR