"3 ağırlıqqaldıranımızın dopinq məsələsi çox ciddi araşdırılacaq"

"3 ağırlıqqaldıranımızın dopinq məsələsi çox ciddi araşdırılacaq"
13:27 17 Dekabr 2015
12 İdman
Ölkə mətbuatı
A- A+

Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə Azərbaycanın 3 ağırlıqqaldıranının dopinq-testdən keçə bilməməsinə dair məsələyə münasibət bildirib. "Report" xəbər verir ki, Ç.Hüseynzadə jurnalistlərə açıqlamasında məlumatı yenicə aldıqları üçün hələlik heç bir müzakirənin aparılmadığını söyləyib.


O deyib ki, MOK-un Antidopinq Komissiyası mütəxəssislərlə birgə məsələni müzakirə edəcək. Ç.Hüseynzadənin sözlərinə görə, Azərbaycan ağırlıqqaldıranları ötən ay ABŞ-ın Hyuston şəhərində keçirilmiş dünya çempionatına yollanmamışdan öncə dopinq analizindən keçiblər. Həmin vaxt idmançılardan istifadəsi qadağan olunmuş dərman izləri aşkarlanmayıb: "Dopinq işi bir az qəliz məsələdir. İdmançılarımızın dünya çempionatı öncəsi analizləri təmiz çıxmışdı. Yarış zamanı götürülən dopinq-testin müsbət nəticə verməsi müzakirə mövzusudur. Ona görə də hər şey təhlil olunmalıdır. Komissiya təşkil olunanda mütləq Ağır Atletika Federasiyasının nümayəndələrini də dəvət edəcəyik". 


2 il öncə də Azərbaycan ağırlıqqaldıranlarının dopinq-testdən keçə bilməmələri ilə bağlı böyük problemin yaşandığını xatırladan M.Hüseynzadənin sözlərinə görə, bu dəfə eyni hal təkrarlanmamalı idi: "Sadəcə, onu deyə bilərəm ki, bu dəfə məsələ çox ciddi şəkildə araşdırılacaq".


Qeyd edək ki, dünya çempionatında Valentin Xristov, Elxan Əliquluzadə və Silviya Angelova dopinq-testdən keçə bilməyib. 


Fanat.az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quot3-arlqqaldranmzn-dopinq-mslsi-cox-ciddi-aradrlacaqquot-t46208.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR