Cavid Qurbanov: "Öz-özünə düzələcək"

Cavid Qurbanov: "Öz-özünə düzələcək"
13:27 17 Dekabr 2015
22 Digər
Ölkə mətbuatı
A- A+

"Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov "Standard & Poor`s" (S&P) beynəlxalq agentliyinin cəmiyyətin uzunmüddətli kredit reytinqini "BB+" səviyyəsindən "BB-" səviyyəsinədək endirməsinə münasibət bildirib.

APA-nın məlumatına görə, C. Qurbanov bildirib ki, reytinqin birdən-birə aşağı salınmasının səbəbini başa düşməyib:

"Bir dəstə reytinq agentliyi yığılıb, nə gəldi yazırlar. Necə oldu ki, reytinq 6 ay öncə yüksək idi, indi aşağıdır? Bilmək olarmı, nə dəyişib ki, bunlar reytinqi aşağı salıb? Əlbəttə ki, bu, neqativdir. Amma nə edək? Çalışacağıq ki, düzəldək. Kim bizimlə əməkdaşlıq etmək istəyirsə, biz buna hazırıq. Mən bilmirəm ki, onlar niyə elə yazıblar. Bizə müraciət etsinlər. Reytinq agentliyi necə bilə bilər ki, idarəetmədə qüsur var? Mən öz işimlə, yükdaşıma ilə məşğulam. Biz inkişaf etməyə çalışırıq. Gələcəkdə reytinq öz-özünə düzələcək".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/390979.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR