Bakı-Sumqayıt dəmir yolu üçün daha iki qatar gətiriləcək

Bakı-Sumqayıt dəmir yolu üçün daha iki qatar gətiriləcək
13:37 17 Dekabr 2015
10 Digər
Ölkə mətbuatı
A- A+

Bakı-Sumqayıt dəmir yolu üçün "Stadler Rail Group" şirkətinin daha iki qatarı gətiriləcək.

Trend-in məlumatına görə, bunu jurnalistlərə "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov deyib.

Onun sözlərinə görə, qatarlardan biri artıq yoldadır, ikincisi isə dekabrın sonunda və ya yanvarın əvvəlində Bakıya gələcək: "Həmçinin Riqadan gələn köhnə qatarlarımız var, onları təmir etmişik. Əgər lazım olarsa, həmin qatarları dəmir yoluna buraxa bilərik".

C.Qurbanov qeyd edib ki, dəmir yollarında gediş kartlarından istifadəyə keçid də planlaşdırılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/390981.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR