Ekspert: "Azərbaycana sanksiyalar tətbiq edilməsiylə bağlı qanun layihəsinin ABŞ Konqresinə çıxarılması Bakının müstəqil siyasəti ilə bağlıdır"

Ekspert: "Azərbaycana sanksiyalar tətbiq edilməsiylə bağlı qanun layihəsinin ABŞ Konqresinə çıxarılması Bakının müstəqil siyasəti ilə bağlıdır"
13:37 17 Dekabr 2015
94 Digər
Ölkə mətbuatı
A- A+

Bakı. 17 dekabr. REPORT.AZ/ Azərbaycan qətiyyətlə ölkənin daxili maraqlarına və xarici fəaliyyətdə prioritetlərinə müvafiq, amma ABŞ-ın maraqlarına zidd olan müstəqil siyasət yürüdür. "Report" xəbər verir ki, bu barədə politoloq Tofiq Abbasov məlumat verib.
İnsan haqları ilə bağlı vəziyyətə görə Azərbaycanın rəsmi şəxslərinə qarşı sanksiyaların tətbiqi barədə Helsinki komissiyasının ABŞ Konqresinə çıxardığı qanun layihəsini şərh edən T.Abbasov qeyd edib ki, Amerikanın siyasi dairələrində, Senat və Nümayəndələr Palatasında çox güclü erməni lobbisi, eləcə də sırf anti-Azərbaycan fikirli qüvvələr var: "Onlar bütün Azərbaycan elitasını ələ almaq, həm regional, həm də daxili siyasət məsələrində istədikləri kimi hərəkət etdirmək istəyir. Bunu özləri üçün demokratiya sayırlar".
Onun sözlərinə görə, Azərbaycan ABŞ-ın bəzi siyasi dairələrini narahat edən müstəqil daxili və xarici siyasət yürüdür: "Azərbaycan qətiyyətlə ölkənin daxili maraqlarına və xarici fəaliyyətdə prioritetlərinə müvafiq, amma ABŞ-ın maraqları ilə uzlaşmayan müstəqil, qətiyyətli milli siyasət yürüdür. Bu səbəbdən Amerika siyasi dairələri Azərbaycana qarşı münasibətini bir qədər dəyişib. Xüsusilə də rəsmi Bakının Şərq Tərəfdaşlığı məsələsində prinsipial mövqe tutmasından sonra. Avropa siyasi dairələrində bunun narahatlıq yaradacağını gözləmək olardı, Bakının mövqeyinə amerikalıların reaksiyası daha aqressiv, daha əsəbi oldu. Hərçənd burada faciəli heç bir şey yoxdu".
T.Abbasov vurğulayıb ki, Azərbaycan MDB bazarı ilə vidalaşmayıb və Rusiya ilə əməkdaşlığı davam etdirəcək. "Yəqin ABŞ-da kimlərsə fikirləşib ki, Azərbaycan qarşısında ya bizimlə, ya da bizsiz deyə konkret tələb qoymaq olar".
Qanun layihəsinin qəbul edilməsindən danışan ekspert deyib ki, o qəbul edilməyəcək: "Hətta layihə qəbul edilsə belə, bu, dünyada bir nömrəli və ən nüfuzlu iqtisadiyyat sayılan ABŞ-a başucalığı gətirməyəcək".
Azərbaycana qarşı iddia edilən insan hüquqlarının pozulması ilə bağlı edilən etirazlardan danışan T.Abbasov amerikalı siyasətçilərin bunun vasitəsilə Azərbaycana təzyiq etməyə çalışdığını vurğulayıb: "Jurnalistlərin və hüquq müdafiəçilərinin hüquqların tapdalanması bəhanəsindən istifadə amerikalı siyasətçilər üçün suveren ölkəyə təzyiqlər göstərmək baxımından ənənəvi üsuldur. Amma Azərbaycanla bağlı vəziyyət elədir ki, jurnalist və hüquq müdafiəçilərinin həbs edilməsi respublika qanunlarının tələblərinə uyğun olaraq həyata keçirilib".

Xəbərin orijinal ünvanı: http://report.az/analitika/ekspert-azerbaycana-sanksiyalar-tetbiq-edilmesiyle-bagli-qanun-layihesinin-abs-konqresine-cixarilm

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR