Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Fəzail Ağamalı: "Kris Smit erməni lobbisinin təsiri altında olan konqresmendir"

Fəzail Ağamalı: "Kris Smit erməni lobbisinin təsiri altında olan konqresmendir"

Date: 17 December 2015 13:42

"Araşdırmaq lazımdır ki, ABŞ Helsinki Komissiyasının sədri konqresmen Kris Smit həqiqətən ABŞ-ın və onun dəyərlərindən çıxış edir, yoxsa erməni lobbisinin təsiri altında".

Bunu Trend-ə Milli Məclisin deputatı Fəzail Ağamalı Kris Smitin ABŞ Konqresinə Azərbaycanda yüksək vəzifəli məmurlara sanksiyaların tətbiq olunması ilə bağlı layihə təqdim etməsinə münasibət bildirərkən deyib.

F.Ağamalı bildirib ki, həmin qanun layihəsinin mahiyyətindən belə aydın olur ki, Kris Smit erməni lobbisinin təsiri altında olan konqresmendir: "Belə bir qanun layihəsi Ermənistan haqqında verilməlidir. Çünki Ermənistanda insan haqları mütəmadi pozulur. Ermənistana bu gün rəhbərlik edən kriminal rejim nəinki Azərbaycan vətəndaşlarına qarşı soyqırın aktının birbaşa iştirakçısı olub, eyni zamanda, öz ölkəsinin vətəndaşlarının da qəniminə çevrilib".

F.Ağamalı vurğulayıb ki, Ermənistanda baş verən hadisələrə Smit və onun kimiləri səslərini qaldırmırlar.

Deputat qeyd edib ki, sözügedən qanun layihəsində yeni heç nə yoxdur: "Yenə də şablon ittihamlar səsləndirirlər. Bu onu göstərir ki, ABŞ-ın, Avropanın ayrı-ayrı siyasətçiləri Azərbaycanı bu cür saxta ittihamlarla təzyiq altına salmağa çalışırlar. Bizim antiazərbaycan qüvvələrinə qarşı mübarizəmiz prioritet olaraq qalacaq".

Milli.Az


Tags:  Fəzail Ağamalı Kris Smit erməni lobbisinin təsiri altında olan konqresmendir

RƏYLƏR


Top news