Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Azad Rəhimov: "2015-ci ildə 820-dən çox medal qazanmışıq"

Azad Rəhimov: "2015-ci ildə 820-dən çox medal qazanmışıq"

Date: 17 December 2015 13:47

"İldən-ilə medallarımızın sayı artır və bu il də belə oldu".

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, bunu gənclər və idman naziri Azad Rəhimov deyib.

Bu gün Azərbaycan Milli Olimpiya Komitəsində "Olimpiya Hərəkatı"na həsr olunmuş mətbuat konfransı keçirilib.
 
Konfransda iştirak edən nazir idmançılarımızın 2015-ci ili yüksək səviyyədə keçirdiklərini söyləyib: "2015-ci il Azərbaycan idmanı üçün əlamətdar il oldu. Ölkəmiz Avropa Oyunlarını ilk dəfə təşkil etməklə tarixə düşdü. Bu il həm də medal sayı baxımından uğurlu alındı. Olimpiya və qeyri-olimpiya idman növləri üzrə il ərzində idmançılarımız 820-dən çox medal qazanıblar. Bu isə ötən ilkindən yüksək göstəricidir".
 
Qeyd edək ki, Azərbaycan idmançıları 2014-cü ildə beynəlxalq yarışlarda, dünya və Avropa çempionatlarında ümumilikdə 805 medal qazanmışdılar.

Milli.Az


Tags:  Azad Rəhimov 2015-ci ildə 820-dən çox medal qazanmışıq


RƏYLƏR


Top news