İraqda girov götürülən Qətər vətəndaşından 9-u azad olunub

İraqda girov götürülən Qətər vətəndaşından 9-u azad olunub
13:48 17 Dekabr 2015
22 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 17 dekabr, AZƏRTAC
İraqın cənubunda naməlum yaraqlılar tərəfindən girov götürülən Qətər vətəndaşlarının 9-u azad edilib.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bir qədər əvvəl İraqın Mutanna əyalətinin qubernatoru Faleh əz-Ziyad yaraqlıların bölgəyə ov üçün gələn 26 Qətər vətəndaşını girov götürdüyünü bildirmişdi. İnsident Bağdaddan 280 kilometr cənub-qərbdə yerləşən Əs-Səmavə şəhəri yaxınlığında baş verib.
Vətəndaşlarının girov götürülməsini təsdiqləyən Qətərin Xarici İşlər Nazirliyi hadisənin təfərrüatları barədə məlumat verməyib. Yerli KİV-lər isə girovlar arasında Qətərin monarx ailəsinin üzvlərinin də olduğunu yazırlar.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Iraqda_girov_goturulen_Qeter_vetendasindan_9_u_azad_olunub-912021

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR