Putin Türkiyəni qıcıqlandırdı: “Görüm indi necə, Suriya sərhədini poza bilirmi?”

Putin Türkiyəni qıcıqlandırdı: “Görüm indi necə, Suriya sərhədini poza bilirmi?”
13:49 17 Dekabr 2015
79 Dünya
Ölkə mətbuatı
A- A+

“Bizim təyyarəni vurmamışdan əvvələcən Türkiyə nə vaxt istəyirdi Suriyanın hava sərhədlərini pozurdu. İndi biz Suriya ərazisinə hava hücumundan müdafiə qurğuları, məsələn S-400, “BUK”r qurmuşuq. Görüm indi necə, Suriyanın hava sərhədlərini poza biləcəklərmi?” Lent az-ın məlumatına görə, bunu Rusiya prezidenti Vladimir Putin  illik mətbuat konfransında “Cihan” agentliyi müxbirinin sualına cavabında bildirib.

Putin onu da əlavə edib ki,  son vaxtlar İŞİD və bu terrorçu qrupun ətrafında baş verənləri analiz etdikdə bir qənaətə gəlib: “Bu gün İŞİD ikinci dərəcəli məsələyə çevrilib”.

Rusiya prezidenti bundan sonra Türkiyəni İŞİD-ə qoşulan qafqazəsilli yaraqlılara yardımda ittiham edib.  Bundan başqa Tatarıstandan olan müxbirin “ Tühkiyə bizim respublikaya bu qədər investisiya qoyub, bunun axırı necə olacaq?” sualına isə cavab verməyib.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/225547

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR