Cavid Qurbanov: Bakı-Sumqayıt elektrik qatarlarında gediş haqqı dəyişməyəcək

Cavid Qurbanov: Bakı-Sumqayıt elektrik qatarlarında gediş haqqı dəyişməyəcək
13:53 17 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Bakı. Azad Həsənli - Trend:

"Azərbaycan Dəmir Yolları" QSC Bakı-Sumqayıt elektrik qatarlarında gediş haqqını artırmağı planlaşdırmır. Trend-in məlumatına görə, bunu jurnalistlərə QSC sədri Cavid Qurbanov deyib.

Onun sözlərinə görə, bu məsələ onun sosial yönü nəzərə alınaraq nəzərdən keçirilmir: "Bununla belə, digər ölkələrlə müqayisədə bizim tariflər ucuzdur. Məsələn, Bakı-Sumqayıt xətti üzrə gediş haqqı 80 qəpik olduğu halda, Rusiyada eyni uzunluqda xətt üzrə gedişin qiyməti 6 dollar, Fransada isə təqribən 20 dollardır".

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/business/economy/2470743.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR