Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Müdafiə Sənayesi Nazirliyi gələn ildən yeni nəsil  pilotsuz uçan aparatların istehsalına başlayacaq

Müdafiə Sənayesi Nazirliyi gələn ildən yeni nəsil  pilotsuz uçan aparatların istehsalına başlayacaq

Date: 17 December 2015 13:53


Bakı, 17 dekabr, AZƏRTAC 
Azərbaycanın Müdafiə Sənayesi Nazirliyi (MSN) gələn ildən yeni nəsil pilotsuz uçan aparatların (PUA) istehsalına başlayacaq.
AZƏRTAC xəbər verir ki, bunu müdafiə sənayesi naziri Yavər Camalov dekabrın 17-də jurnalistlərə müsahibəsində deyib.
Y.Camalov vurğulayıb ki, bu uçuş aparatları kəşfiyyat aparmaqla yanaşı, digər funksiyalar da həyata keçirəcək, düşmənin istənilən hədəflərini məhv edə biləcək. Yeni nəsil pilotsuz uçan aparatlar Azərbaycan Ordusuna növbəti il təhvil veriləcək. Bu istiqamətdə artıq işlərə başlanılıb. İşlərin gələn ilin sonunda başa çatdırılması planlaşdırılır.
 

Tags:  Müdafiə Sənayesi Nazirliyi gələn ildən yeni nəsil  pilotsuz uçan aparatların istehsalına başlayacaq


RƏYLƏR


Top news